Ədn cənnəti behiştin hansı hissəsində yerləşir?


Digərləri 18 Okt 2020 19:20:00 187 0

Ədn cənnəti behiştin hansı hissəsində yerləşir?

Ədn cənnəti behişt bağlarındandır ki, Həzrət Peyğəmbər (s) və onun ixlaslı davamçıları orada məskun olacaqlar. Hər kəsin bu bağda yaşamasına ləyaqəti çatmaz.

Qurani-Kərimin bir neçə ayəsində Ədn cənnətindən söz açılmışdır. "Onların daxil olacaqları əbədi bağların (ağaclarının) (Ədn cənnətinin) altından çaylar axır. Orada onlar üçün istədikləri hər bir şey vardır. Allah təqvalıları belə mükafatlandırır". ("Nəhl" 31).

Bu bağ - elə bir bağdır ki, behiştin başqa bağlarından böyük üstünlüyə malikdir. Həzrət Peyğəmbər (s) buyurur: "Ədn - Allahın o evidir ki, heç bir göz onu görməmişdir. Heç kəsin fikrinə düşməmişdir. Orada ancaq üç dəstə sakin olacaqdır: peyğəmbərlər (ə), siddiqlər, şəhidlər. Allah buyurur: "Xoş olsun o kəslərin halına ki, ora daxil olarlar"".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Hər kim istəsə ki, həyatı mənim kimi və ölümü mənim kimi olsun, Allah mənə vədə vermişdir ki, Ədn cənnətində sakin olacaq - gərək Əli ibn Əbutalibi (ə) və ondan sonrakı övladlarını sevsin".

Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, Ədn cənnəti elə bir bağdır ki, orada ancaq peyğəmbərlər (ə), siddiqlər və şəhidlər sakin olacaqdır. (Beytutə)