Acun Ilıcalı: “Apardıqları ədalətli mübarizədə azərbaycanlı qardaşlarımızın yanındayıq”
Digərləri 18 Okt 2020 18:49:00 135 0
Türkiyəli məşhur iş adamı, "TV8" telekanalının sahibi, məşhur prodüser, aparıcı Acun Ilıcalı Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib.
Ilıcalı "Twitter" hesabında Azərbaycanın Müstəqillik Günü həştəqi ilə təbrik ünvanlayıb:
"Biz Qarabağı xilas etmək uğrunda apardıqları ədalətli mübarizədə azərbaycanlı qardaşlarımızın yanındayıq. Mülki əhaliyə qarşı qanlı vəhşiliyə lənət edirəm! Dost və qardaş Azərbaycanın 18 Oktyabr Müstəqillik Günü mübarək".
Mənbə: milli.az