Ohayo ştatında yaşayan soydaşımızdan Azərbaycana dəstək


Siyasət 18 Okt 2020 18:17:00 203 0

Ohayo ştatında yaşayan soydaşımızdan Azərbaycana dəstək

ABŞ-ın Ohayo ştatının Columbus şəhərində yaşayan azərbaycanlı iş adamı Səbuhi Nəsibov iri ticarət mərkəzinin (Mall) içərisində Azərbaycan Mərkəzi açıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, Mərkəzdə, Azərbaycan dövlətinə dəstək məqsədilə, "KarabakhisAzerbaijan!", "StopArmenianAggression" şüarları asılıb. Eyni zamanda, Ohayoda əsas yollardan birində körpünün üzərinə də bu şüarlar yazılmış baner yerləşdirilib.

Bununlada soydaşımız şəhər ictimaiyyətinə və qonaqlara Azərbaycanın haqq səsini çatdırır, işğalçı Ermənistan ordusunun terrorçu hərəkətlərinə etiraz edir, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu hər kəsə bir daha bəyan edir.