Rəcəb Tayyib Ərdoğan “Twitter” səhifəsində Azərbaycanın Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb


Siyasət 18 Okt 2020 17:48:00 143 0

Rəcəb Tayyib Ərdoğan “Twitter” səhifəsində Azərbaycanın Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb

Bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün rəsmi "Twitter" səhifəsində 18 oktyabr - Azərbaycanın Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Türkiyə Prezidentinin paylaşımında qeyd olunub: "Can qardaşımız, can dostumuz Azərbaycanın 18 oktyabr - Müstəqillik Gününü təbrik edirəm. Bir millət, iki dövlət amalı ilə Azərbaycanı hər sahədə dəstəkləməkdə və Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik".

Son.az