ANAMAnın əməkdaşı mərminin partlaması nəticəsində yaralanıb


Digərləri 18 Okt 2020 17:22:00 224 0

ANAMAnın əməkdaşı mərminin partlaması nəticəsində yaralanıb

Əməkdaşlarımızdan biri səhər saat 09:00 radələrində top mərmisinin partlaması nəticəsində yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında ANAMA-nın operativ Qərargahının rəisi İdris İsmayılov deyib.

Onun sözlərinə görə, ANAMA-nın əməkdaşı dərhal cərrahi əməliyyat olunub, hazırda vəziyyəti yaxşıdır.