Peyvəndləri zərərli bilənlərin DİQQƏTİNƏ:


Digərləri 18 Okt 2020 16:06:00 192 0

Peyvəndləri zərərli bilənlərin DİQQƏTİNƏ:

Peyvənd zərərlidirmi? Bu sual əsrlər boyunca bəşəriyyəti narahat edən məsələlərdən biri olmuşdur. Peyvəndin əhəmiyyəti ilə bağlı mübahisə və müzakirələr davam edərkən Çində başlayan və yüzlərlə insanın ölümünə səbəb olan koronavirusu mübahisə və müzakirələrə yeni bir baxış bucağı qazandırıb. Peyvəndin həyat xilasedici təsirləri olduğunu ortaya çıxaran və yeni növ peyvəndlərin inkişaf etdirilməsini stimullaşdıran bir çox inkişafa şahid olduq.

Son.az lent.az-a istinadən bəşəriyyətdə böyük epidemiyalara səbəb olan və peyvəndlərin sayəsində qarşısı alınan yoluxucu xəstəlikləri təqdim edir:

Çiçək xəstəliyi

Variola adlanan bir virusun səbəb olduğu və tənəffüs yolu ilə yoluxan çiçək xəstəliyi, insanların bədənlərində və üzlərində qabıq bağlayan səpkilərlə müşahidə olunan böyük nöqtələr şəklində qaşıntılı, içi sulu qızartılar meydana gətirir. İmmun sisteminə hücum edərək sürətli şəkildə ölümə səbəb olan xəstəlik 17-ci əsrdə ölümcül bir epidemiyaya səbəb olub. O dövrdə hər 10 insandan 3-ü çiçək xəstəliyi səbəbi ilə həyatını itiririb. Edvard Cenner, dünyanın ilk peyvəndini yaratmaqla digər yeni peyvəndlərin yaradılmasına vəsilə olub. Peyvəndin inkişaf etmiş ölkələrdə davamlı tətbiqinə başlanılıb və 1980-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (WHO) "çiçək xəstəliyini tamamilə ortadan qaldırılan ilk xəstəlikdir" şəklində bəyanat verib.

Uşaq İflici və ya Poliomielit

Poliomielit olaraq da tanınan uşaq iflici, mərkəzi sinir sistemini təsir edərək iflicə səbəb olan bir xəstəlikdir. Poliovirusun səbəb olduğu bu xəstəlik, gəlib keçici qrip bənzəri simptomlarla müşahidə olunurdu. Uşaqlar, həftələr boyunca süni tənəffüs cihazlarının içərisində qalırdı. 1952-ci ildə ABŞ-da 3000 uşaq, bu iflicdən həyatını itirib. Ağız yoluyla yoluxan virus, ictimai yerlərdə yayılırdı. 1955-ci ildə inkişaf yaradılan peyvənd sayəsində uşaq iflici nisbətləri sürətlə azalmaya başladı. 2019-cu ilin Mart ayı hesabatlarına görə yalnız üç ölkədə (Nigeriya, Pakistan və Əfqanıstan) uşaq iflici qeydə alınıb.

Difteriya

20-ci əsrin əvvəllərində yayılmağa başlayan difteriya, təkcə 1921-ci ildə 15520 nəfərin ölümünə gətirib çıxarıb. 1990-cı illərin əvvələrində əhali sıxlığının çox olduğu şəhərlərdə insanların ölümünə səbəb olan xəstəlik 1923-ci ildə yaradılan difteriya peyvəndi ilə böyük nisbətdə azaldı. 2016-cı ildə Ümumdünya Səhiyyə Təşkilatına təxminən 7100 difteriya qeydə alındığı raport edilib. Bu esasən ölkələr ümumiyyətlə inkişaf etməmiş ölkələrin payına düşür. (Centers for Disease Control and Prevention, CDC) (ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri) uşaqlara dörd doza difteriya peyvəndi və hər 10 ildə bir də immunitet gücləndirici peyvənd etdirilməsini tövsiyə edir.

Qulaqdibi xəstəliyi və ya parotid