Küveytin “Dasmannews” xəbər portalında və “ƏlƏnbə” qəzetində Gəncə terroru haqda məlumatlar dərc olunub


Siyasət 18 Okt 2020 15:59:00 72 0

Küveytin “Dasmannews” xəbər portalında və “ƏlƏnbə” qəzetində Gəncə terroru haqda məlumatlar dərc olunub

Bildiririk ki, 2020-ci il oktyabrın 17-də Ermənistanın Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutması ilə əlaqədar Küveytin "Dasmannews" onlayn xəbərlər portalında 17 oktyabr tarixində və Küveytdə "Əl-Ənbə" qəzetinin 18 oktyabr tarixli buraxılışında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatı, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Füzuli şəhərinin və bir neçə kəndin işğaldan azad olunması ilə bağlı xalqa təbriki barədə məlumat nəşr edilib.

Azərbaycanın Küveytdəki Səfirliyindən Trend-ə verilən məlumata görə, "Dasmannews" portalında bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı dərc olunub:

"2020-ci il Oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub. Ermənistanın Azərbaycana qarşı yeni təcavüzündən sonra Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub; 12 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 40 dan çox insan ciddi yaralanıb.

Beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə tam məsuliyyət daşıyır.

Ermənistanın davam edən təcavüzü və mülki insanlara qarşı qəddar hücumları dayandırılmalıdır və beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan xalqına qarşı olan bu qeyri-insani aktlarına göz yummamalıdır.

Ermənistanın Azərbaycan mülki əhalisini hədəf alan bu mənfur hücumlarını şiddətlə qınayırıq və işğalçı ölkədən müharibə cinayətlərinə son verməyi tələb edirik.

Terroru dövlət siyasəti vasitəsinə çevirən Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiklərinə görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası bəyan edir ki, milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsi təmin ediləcəkdir"

https://dasmannews.com/2020/10/17/%D8%A8%D9%8A%D8%A7%D9%86-%D9%88%D8%B2%D8%A7%D8%B1%D8%A9-%D8%A7%D9%84%D8%AE%D8%A7%D8%B1%D8%AC%D9%8A%D8%A9-%D9%81%D9%8A-%D8%AC%D9%85%D9%87%D9%88%D8%B1%D9%8A%D8%A9-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC

/

"Əl-Ənbə" qəzetində də Gəncədə baş vermiş hadisələr məlumat verilib:

Əl-Ənbə :17.10.2020

Azərbaycanda 12 mülki vətəndaşın ölümünə səbəb olan təcavüzdən sonra Dağlıq Qarabağ münaqişəsində yeni bir gərginlik.

Şənbə günü Azərbaycanın ikinci şəhəri olan Gəncədə yaşayış məntəqəsini gecə hədəf alan raket hücumu nəticəsində 12 mülki şəxsin həyatını itirməsi, Azərbaycan və erməni separatçıları arasında Dağlıq Qarabağ münaqişənin gərginliyi daha da artdı.

https://www.alanba.com.kw/ar/world-news/999491/17-10-2020

Əl-Ənbə :18.10.2020

Azərbaycan Ermənistanın mülki insanları bombalamasını pisləyir: Beynəlxalq hüququn kobud şəkildə pozulduğunu bildirir..

Azərbaycanlılar və erməni separatçıları arasında Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişənin gərgin olduğu bir vaxtda dünən gecə ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhərinin sakinlərini hədəf alan bombalı hücumda 12 mülki şəxsin öldürülməsinə görə Azərbaycan "intiqam alacağına" söz verdi.

Azərbaycan Xarici İşlər Nazirliyi cəbhə xəttindən kilometrlərlə uzaqda olan ölkənin ikinci böyük şəhəri Gəncə şəhərin üçüncü dəfə bombalanmasını qınayaraq verdiyi Bəyanatda, dünən sübh saatlarında Ermənistanın Gəncə şəhərini ballistik raketlərlə bombalaması nəticəsində ikisi uşaq olmaqla 12 nəfərin öldüyünü və 50-dən çox insanın yaralandığını bildirdi.

Bəyanatda bildirilir ki, Beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə tam məsuliyyət daşıyır.

Azərbaycan Xarici İşlər Nazirliyi, Ermənistanın davamlı təcavüzünü və mülki insanlara qarşı vəhşicəsinə hücumlarını dayandırmalı və beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi bu qeyri-insani hərəkətlərə göz yummamalı olduğunu vurğulamışdır.

Bəyanatda "Ermənistanın Azərbaycan mülki vətəndaşlarına qarşı başlatdığı bu iyrənc hücumları kəskin şəkildə qınayırıq və işğalçı dövləti müharibə cinayətlərinə son qoymağı tələb edirik" deyildi.

Bəyanatda əlavə edilir: Terroru dövlət siyasəti vasitəsinə çevirən Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiklərinə görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası bəyan edir ki, milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsi təmin ediləcəkdir.

Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyev dünən çıxışında "Döyüş meydanında intiqam alacağıq" dedi. Separatçı düşmənləri "köpəklər", onları dəstəkləyən Ermənistanı isə "faşist" olaraq xarakterizə etdi.

Əliyev yeni ərazilərin, xüsusən də Füzuli şəhərinin işğaldan azad olnduğunu elan etdi və "Şəhər otuz ilə yaxındır ki, vəhşi heyvanlar tərəfindən işğal olunub" dedi.

https://www.alanba.com.kw/ar/arabic-international-news/999573/18-10-2020

"Şirniyyatı sevirəm, kökəlmək də istəmirəm" deyənlər, mütləq oxusun like
  • 18 Okt 15:52  
Digərləri "Şirniyyatı sevirəm, kökəlmək də istəmirəm" deyənlər, mütləq oxusun

Şirniyyatlar sahib olduqları kalori hesabına çəkini sürətlə artırır. B

arrow Ətraflı
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Azərbaycana rəsmi səfərə gəlib like
  • 18 Okt 15:50  
Siyasət Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Azərbaycana rəsmi səfərə gəlib

Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop oktyabrın 18-də

arrow Ətraflı
Varşavada Gəncə terroruna etiraz edilib like
  • 18 Okt 15:45  
Siyasət Varşavada Gəncə terroruna etiraz edilib

Polşanın paytaxtı Varşava şəhərində Ermənistan silahlı qüvvələrinin

arrow Ətraflı
Cənub istiqamətində şiddətli döyüşlər: like
  • 18 Okt 15:43  
Siyasət Cənub istiqamətində şiddətli döyüşlər:

Düşmənin əks-hücum əməliyyatları nəticəsində 17 oktyabrdan 18-nə ke

arrow Ətraflı
Hamilə qadının koronavirusa yoluxmasının dölə təsiri açıqlanıb like
  • 18 Okt 15:38  
Digərləri Hamilə qadının koronavirusa yoluxmasının dölə təsiri açıqlanıb

Ananın koronavirusa yoluxması ilə döldə fəsadların yaranma ehtimalı, xü

arrow Ətraflı
"Ermənistanın bu vandalizminə "dur" deyilməlidir" like
  • 18 Okt 15:31  
Siyasət "Ermənistanın bu vandalizminə "dur" deyilməlidir"

"Ermənistan silahlı qüvvələri dünən gecə saat 01:00 radələrində

arrow Ətraflı
Siqaret çəkənlərin menyusuna: like
  • 18 Okt 15:24  
Digərləri Siqaret çəkənlərin menyusuna:

Düzgün qidalanma ilə siqareetin zərərli təsirlərindən az da olsa qorumaq

arrow Ətraflı
Müsəlmanlar Qarabağın işğaldan azad edilməsini dəstəkləməlidirlər like
  • 18 Okt 15:17  
Siyasət Müsəlmanlar Qarabağın işğaldan azad edilməsini dəstəkləməlidirlər

Müsəlmanlar Azərbaycanın Dağlıq Qarabağının işğaldan azad edilməsini

arrow Ətraflı
Məktəblilər üçün ən yaxşı qəlyanaltı: “Fıstıq əzməli bayquşlar” like
  • 18 Okt 15:10  
Digərləri Məktəblilər üçün ən yaxşı qəlyanaltı: “Fıstıq əzməli bayquşlar”

Dərslərin başlaması ilə anaların qayğıları da artır. Azyaşlı uşaqla

arrow Ətraflı
Azərbaycanda son sutkada 647 nəfər COVID19a yoluxub, 134 nəfər sağalıb, 3 nəfər vəfat edib like
  • 18 Okt 15:08  
Digərləri Azərbaycanda son sutkada 647 nəfər COVID19a yoluxub, 134 nəfər sağalıb, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 647 yeni yolu

arrow Ətraflı
Ad gününü keçirə bilməyən Nigar 10cu sinif şagirdi idi like
  • 18 Okt 15:02  
Digərləri Ad gününü keçirə bilməyən Nigar 10cu sinif şagirdi idi

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın Gəncə şəhərinə atdığ

arrow Ətraflı
Arıqladan sirkəli sarımsaq turşusu like
  • 18 Okt 14:56  
Digərləri Arıqladan sirkəli sarımsaq turşusu

Pəhriz siyahılarının məşhur menyularından olan alma sirkəli sarımsaq tu

arrow Ətraflı
Ermənistana məxsus daha bir PUA məhv edildi like
  • 18 Okt 14:45  
Siyasət Ermənistana məxsus daha bir PUA məhv edildi

Oktyabrın 18-i saat 13:00-da Horadiz istiqamətində uçuşlar keçirməyə cə

arrow Ətraflı
Koronavirusa qarşı yeni effektli dərman tapıldı like
  • 18 Okt 14:42  
Digərləri Koronavirusa qarşı yeni effektli dərman tapıldı

Honqkonq Universitetinin alimləri COVİD-19-un müalicəsi üçün yeni antivir

arrow Ətraflı
Gəncədə dağılmış evlərdə axtarışxilasetmə işləri yekunlaşıb like
  • 18 Okt 14:34  
Siyasət Gəncədə dağılmış evlərdə axtarışxilasetmə işləri yekunlaşıb

Xəbər verildiyi kimi, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda dava

arrow Ətraflı