Ad gününü keçirə bilməyən Nigar 10cu sinif şagirdi idi


Digərləri 18 Okt 2020 15:02:00 164 0

Ad gününü keçirə bilməyən Nigar 10cu sinif şagirdi idi

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın Gəncə şəhərinə atdığı növbəti raket zərbəsi nəticəsində daha bir məktəbli həlak olub. 

Son.az bildirir ki, ermənilərin öldürdüyü 15 yaşlı Nigar Əsgərova Gəncə şəhər K. D. Uşinski adına 29 nömrəli məktəbin şagirdi olub. O, təhsil ocağının 10-cu sinfində təhsil alırmış. 

Xatırladaq ki, N. Əsgərova yaşasaydı, bu gün doğum gününü qeyd edəcəkdi.