"Azərbaycanda milli və siyasi həmrəylik ən yüksək səviyyədədir"


Siyasət 18 Okt 2020 13:10:00 53 0

"Azərbaycanda milli və siyasi həmrəylik ən yüksək səviyyədədir"

Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya BMT-yə, BMT-nin Təhlükəsizlik Şurasınının daimi üzvlərinə, Qoşulmama Hərəkatına, Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO), NATO Parlament Assambleyasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT), Avropa İttifaqına, Avropa Şurasına, Avropa Şurasının Parlament Assambleyasına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, Müstəqil Dövlətlər Birliyinə (MDB), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına, BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumuna (UNESCO) və Uşaq Fonduna (UNİCEF), Ərəb Dövlətləri Liqasına, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) ,İslam Dünyası Təhsil, Elm və Mədəniyyət təşkilatına (İSESCO), Milli Demokratiya İnstitutuna, İnsan Hüquqları Beynəlxalq Cəmiyyətinə, İslam Əməkdaşlıq Təşkilatına, Ümumdünya İslam Konqresinə, Avronest Parlament Assambleyasına, Beynəlxalq Qaçqınlar Təşkilatına, "Human Rights Watch", "Transpararency İnternational", "Amnesty İnternational" və Sərhədsiz Jurnalistlər və Sərhədsiz Həkimlər təşkilatlarına təcavüzkar Ermənistanın 2020-ci ilin oktyabrın 17-də cəbhə bölgəsindən uzaqda olan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə törətdiyi növbəti terror aktı ilə bağlı müracət ünvanlayıb.

Dünya ictimayyətinə ünvanlanmış müraciətdə bildirilir ki, beynəlxalq sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Təhlükəsizlik Şurasının Errmənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi 822,853,874 və 884 saylı qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunsa da bu günə kimi işğalçı dövlət tərəfindən buna əməl olunmayıb. Ermənistan 30 ildir ki bu qətnamələrin şərtlərinə əməl etmir, militarist siyasətini davam etdirir və Azərbaycanın yeni ərazilərini işğal etməyə çalışır. 2020-ci ilin sentyabrın 27-də Ermənistan ordusu işğal altında saxladığı Dağlıq Qarabağda Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamışdır. İşğalçı ordu bu zaman əsasən Azərbaycanın böyük şəhərlərini, mülki və sənaye obyektlərini müsir raketlərlə bonbalayır.

Ermənistan beynəlxalq etirazlara baxmayaraq, növbəti hərbi cinayət törətmiş, 2020-ci ilin oktyabrın 17-də gecə vaxtı Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə üçüncü dəfə dəhşətli hücumu çoxlu sayda mülki insanların itgisinə səbəb olmuşdur. Nəticədə 13 şəxs, o cümlədən 2 uşaq həyatını itirmiş, 45-dən çox insan ciddi şəkildə yaralanmışdır. Bu cinayyət nəticəsində ölü və yaralananların sayının daha da artacağı ehtimalı olduqca yüksəkdir. Bununla da Ermənistan islaholunmaz, terrorçu bir ölkə olduğunu bir daha nümayiş etdirdi. Rəsmi İrəvan sübuta yetirdi ki, onunla danışmağın heç bir mənası yoxdur.

Müraciətdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ermənistanın mülki əhaliyə qarşı həyata keçirdiyi terror aktını qətiyyətlə qınanılır, terrorçu dövlətin cəzalandırılması tələb olunur. Eyni zamanda dünya ictimaiyyətinə çatdırılır ki, Azərbaycandakı siyasi partiyalar hazırda gedən Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstdəkləyir, Azərbaycan xalqı ilə birlikdə onun ətrafında polad yumruq kimi birləşmişlər.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların dünya ictimayyətinə ünvanladığı müraciət bir daha göstərir ki, Azərbaycanda milli və siyasi həmrəylik ən yüksək səviyyədədir. Azərbaycanda xalq, siyasi partiyalar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının ətrafında sıx birləşərək bütün dünyaya nümayiş etdirir ki, Azərbaycan tezliklə Qəhrəman Ordumuzun gücü ilə işğal altında olan bütün torpaqlarımızı işğaldan azad edəcək və qələbə bayrağımz Xankəndində, Şuşada və digər işğaldan azad olmuş torpaqlarımızda dalğalanacaq.

Milli Məclisin deputatı Rauf Əliyev Trend

Neftçalada evdə yanğın olub like
  • 18 Okt 12:56  
Digərləri Neftçalada evdə yanğın olub

Neftçala rayonunda yanğın baş verib.

arrow Ətraflı
“WhatsApp”a çoxdan gözlənilən xüsusiyyət gəlir like
  • 18 Okt 12:50  
Digərləri “WhatsApp”a çoxdan gözlənilən xüsusiyyət gəlir

"WhatsApp"a çoxdan gözlənilən xüsusiyyət gəlir. Belə ki, tətb

arrow Ətraflı
Çində koronavirusla bağlı son vəziyyət açıqlandı like
  • 18 Okt 12:38  
Dünya Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Çində son sutka ərzində daha 13 nəfərdə koronavirus aşkarlanıb, ölə

arrow Ətraflı
Rumıniyanın sabiq Baş naziri Prezident İlham Əliyevə məktub göndərib like
  • 18 Okt 12:33  
Siyasət Rumıniyanın sabiq Baş naziri Prezident İlham Əliyevə məktub göndərib

Rumıniyanın sabiq Baş Naziri Petro Roman Prezident İlham Əliyevə məktub g

arrow Ətraflı
Qəbələdə çayxana yanıb like
  • 18 Okt 12:32  
Digərləri Qəbələdə çayxana yanıb

Qəbələ rayonunda yanğın olub.

arrow Ətraflı
Birinci vitseprezident Mehriban Əliyeva: Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! like
  • 18 Okt 12:30  
Siyasət Birinci vitseprezident Mehriban Əliyeva: Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun!

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "İnst

arrow Ətraflı
II Yelizaveta Londonda terror hücumunu dayandıran qatili əfv etdi like
  • 18 Okt 12:26  
Dünya II Yelizaveta Londonda terror hücumunu dayandıran qatili əfv etdi

Böyük Britaniya kraliçası II Yelizaveta 2019-cu ildə London körpüsündə

arrow Ətraflı
Azərbaycan Ermənistanı və onun müttəfiqlərini dalana dirəyib like
  • 18 Okt 12:20  
Siyasət Azərbaycan Ermənistanı və onun müttəfiqlərini dalana dirəyib

Azərbaycanın unikal və eyni zamanda uğurlu hərbi-siyasi taktikası Ermənis

arrow Ətraflı
Düşmənin hərbi hissəsi ələ keçirildi  VİDEO like
  • 18 Okt 12:15  
Siyasət Düşmənin hərbi hissəsi ələ keçirildi VİDEO

Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları

arrow Ətraflı
Gürcüstanda son sutkada 1162 nəfər koronavirusa yoluxub like
  • 18 Okt 12:14  
Dünya Gürcüstanda son sutkada 1162 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1162  yolux

arrow Ətraflı
Bakıda hava əsasən yağmursuz olacaq, rayonlarda isə... PRQONOZ like
  • 18 Okt 12:08  
Digərləri Bakıda hava əsasən yağmursuz olacaq, rayonlarda isə... PRQONOZ

Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. 

arrow Ətraflı
Gəncədə iki uşaq hələ də dağıntılar altındadır like
  • 18 Okt 12:02  
Siyasət Gəncədə iki uşaq hələ də dağıntılar altındadır

Xəbər verdiyimiz kimi, Ermənistan tərəfindən ötən gecə Gəncəyə atıl

arrow Ətraflı
Füzuli həm də Ağdam, Zəngilan, Qubadlıya gedən yol deməkdir like
  • 18 Okt 11:56  
Siyasət Füzuli həm də Ağdam, Zəngilan, Qubadlıya gedən yol deməkdir

Füzuli həm də Ağdam, Zəngilan, Qubadlıya gedən yol deməkdir. 

arrow Ətraflı