Qəbələdə çayxana yanıb


Digərləri 18 Okt 2020 12:32:00 151 0

Qəbələdə çayxana yanıb

Qəbələ rayonunda yanğın olub.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Vəndam qəsəbəsində ümumi sahəsi 45 m² olan çayxananın dam örtüyünün yanar konstruksiyaları yanıb.

Çayxananın qalan hissəsi və yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.