Çində koronavirusla bağlı son vəziyyət açıqlandı
Dünya 18 Okt 2020 12:38:00 162 0
Çində son sutka ərzində daha 13 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. Son.az bildirir ki, bu barədə "worldometers.info"da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 85 672-yə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür.
Ümumilikdə 80 786 xəstə sağalıb. Ölkədə 252 aktiv koronavirus xəstəsi var ki, onlardan da 5-nin vəziyyəti ağır qiymətləndirilir.
Mənbə: milli.az