Gəncədə iki uşaq hələ də dağıntılar altındadır


Siyasət 18 Okt 2020 12:02:00 172 0

Gəncədə iki uşaq hələ də dağıntılar altındadır

Xəbər verdiyimiz kimi, Ermənistan tərəfindən ötən gecə Gəncəyə atılan raket zərbəsi mülki şəxslərin ölümünə və yaralanmasına səbəb olub. 

Gəncədə hələ də iki uşaq itkin hesab edilir. Dəhşətli hadisə nəticəsində dağıntılar altında qalan uşaqların axtarışı davam etdirilir, onların tapılması ilə bağlı müvafiq işlər görülür. 

Son.az xəbər verir ki, bununla bağlı AzTV Gəncədə axtarış aparılan yerdən reportaj yayımlanıb. 

Qeyd edək ki, erməni terroru nəticəsində dünən 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlı olmaqla 13 nəfər həlak olub, 48 dinc sakin isə yaralanıb. 

Son.az