Sahibə Qafarova: Ümid edirik ki, beynəlxalq ictimaiyyət Azərbaycan xalqına qarşı törədilən terrora biganə qalmayacaq


Siyasət 18 Okt 2020 11:04:00 66 0

Sahibə Qafarova: Ümid edirik ki, beynəlxalq ictimaiyyət Azərbaycan xalqına qarşı törədilən terrora biganə qalmayacaq

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a verilən məlumata görə, məktubda başçılıq etdiyi nümayəndə heyətinin keçən ay Rusiya Federasiyasında rəsmi səfərdə olmasını və rus həmkarları ilə keçirdikləri görüşləri xoş təəssüratlarla xatırlayan Sahibə Qafarova əmin olduğunu söyləyib ki, həmin səfər qarşılıqlı əlaqələrimizin bundan sonra da inkişafına mühüm töhfələr verəcək.

Məktubda daha sonra diqqətə çatdırılır ki, bu il oktyabrın 16-da Dövlət Dumasının deputatı, Vətəndaş cəmiyyətinin inkişafı, ictimai və dini birliklər məsələləri Komitəsinin üzvü, "Vahid Rusiya" fraksiyasının üzvü Vitali Milonov Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər edib və orada qondarma, separatçı qurumun başçısı ilə görüşərək bir sıra təxribatçı fikirlər səsləndirib.

Qeyd olunur ki, Dövlət Dumasının deputatı tərəfindən separatçı rejimin nümayişkaranə şəkildə dəstəklənməsi bizdə dərin təəssüf və qınaq doğurur.

Bildirilir ki, Rusiyanın ali qanunvericilik və nümayəndəlik orqanının deputatının bu cür davranışı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir, Azərbaycanın Milli Məclisi ilə Rusiya Federal Məclisinin Dövlət Duması arasında mövcud olan yüksək səviyyəli parlamentlərarası əlaqələrlə ziddiyyət təşkil edir.

Nəzərə çatdırılır ki, Azərbaycan Respublikasının rəsmi orqanlarının müvafiq icazəsi olmadan hər hansı şəxsin Dağlıq Qarabağa səfəri ölkə qanunvericiliyinin ciddi şəkildə pozulmasıdır. Azərbaycan Respublikasının beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizə apardığı şəraitdə, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiya Federasiyasının vasitəçiliyini nəzərə aldıqda V.Milonovun qanundankənar əməlləri qətiyyən qəbuledilməzdir.

Azərbaycan parlamentinin Spikeri bundan sonra bu kimi qanunsuz səfərlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyini diqqətə çatdırıb.

Məktubda həmçinin təəssüf hissi ilə qeyd edilir ki, Ermənistan silahlı qüvvələri bu yaxınlarda Rusiyanın vasitəçiliyi ilə Moskvada əldə olunmuş atəşkəs rejiminin arxasında gizlənərək işğalçı siyasətini və hərbi cinayətlərini davam etdirir. Milli Məclisin Sədri oktyabrın 17-nə keçən gecə Azərbaycanın Gəncə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsdən sonra ikinci dəfə mənfur raket hücumunun həyata keçirildiyini bildirib. Raket atəşinin mülki əhali arasında ağır itkilərə səbəb olduğunu söyləyən Sahibə Qafarova Ermənistan tərəfindən törədilən bu vandalizm aktının beynəlxalq humanitar hüququn və Cenevrə konvensiyalarının kobud şəkildə pozulması, müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu qeyd edib.

Məktubun sonunda Sahibə Qafarova beynəlxalq ictimaiyyətin Azərbaycan xalqına qarşı törədilən terrora biganə qalmayacağına və təcavüzkar ölkənin əməllərinə düzgün qiymət verəcəyinə ümidvar olduğunu ifadə edib.

Çində dondurulmuş balıqda canlı koronavirus tapıldı like
  • 18 Okt 10:59  
Dünya Çində dondurulmuş balıqda canlı koronavirus tapıldı

Çində qablaşdırılan dondurulmuş qidalarda insanın yoluxa biləcəyi canl

arrow Ətraflı
Leyboristlər Partiyası bu ölkədə hakimiyyətə gəldi like
  • 18 Okt 10:54  
Dünya Leyboristlər Partiyası bu ölkədə hakimiyyətə gəldi

Oktyabrın 17-də Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim L

arrow Ətraflı
Paşinyana son şans: Ya şərtləri qəbul edəcək, ya da bütün ordusunu itirəcək like
  • 18 Okt 10:49  
Siyasət Paşinyana son şans: Ya şərtləri qəbul edəcək, ya da bütün ordusunu itirəcək

Azərbaycan işğal olunmuş daha bir neçə əhəmiyyətli ərazisini azad etdi

arrow Ətraflı
Nüfuzlu Malayziya qəzeti: Azərbaycanın mülki əhalisi müharibə cinayətinin qurbanlarıdır like
  • 18 Okt 10:44  
Siyasət Nüfuzlu Malayziya qəzeti: Azərbaycanın mülki əhalisi müharibə cinayətinin qurbanlarıdır

Təkcə Malayziyada deyil, Cənub-Şərqi Asiya regionunda ən tanınmış nəş

arrow Ətraflı
Ermənistan dövlət sərhədində də atəşkəsi pozub like
  • 18 Okt 10:40  
Siyasət Ermənistan dövlət sərhədində də atəşkəsi pozub

Ermənistan Azərbaycanla dövlət sərhədində də vəziyyəti gərginləşdir

arrow Ətraflı
Hikmət Hacıyev Gəncəyə raket hücumu ilə bağlı “Al Jazeera” kanalına müsahibə verib like
  • 18 Okt 10:39  
Siyasət Hikmət Hacıyev Gəncəyə raket hücumu ilə bağlı “Al Jazeera” kanalına müsahibə verib

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsə

arrow Ətraflı
Qazaxıstanda ötən sutka koronavirusa 100dən artıq insan yoluxub like
  • 18 Okt 10:34  
Dünya Qazaxıstanda ötən sutka koronavirusa 100dən artıq insan yoluxub

Qazaxıstanda ötən sutka ərzində 104 nəfərdə koronavirus üçün götür

arrow Ətraflı
Virciniyada ticarət mərkəzində partlayış olub, xəsarət alanlar var like
  • 18 Okt 10:29  
Dünya Virciniyada ticarət mərkəzində partlayış olub, xəsarət alanlar var

ABŞ-ın Harrisonberq şəhərində (Virciniya ştatı) yerləşən ticarət mə

arrow Ətraflı
Mövlud Çavuşoğlu Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib like
  • 18 Okt 10:24  
Siyasət Mövlud Çavuşoğlu Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib

Can Azərbaycanın və azərbaycanlı qardaşlarımızın Müstəqillik Günü m

arrow Ətraflı
Düşməni iti qovan kimi qovuruq like
  • 18 Okt 10:19  
Siyasət Düşməni iti qovan kimi qovuruq

Son.az Trend İnformasiya Agentliyinə istinadən рolitoloq Elçin Alıoğlu

arrow Ətraflı
ABŞda atışma olub, 7 nəfər yaralanıb like
  • 18 Okt 10:14  
Dünya ABŞda atışma olub, 7 nəfər yaralanıb

ABŞ-ın Mesa şəhərində (Arizona ştatı) avtodayanacaq yaxınlığında at

arrow Ətraflı
Fransada koronavirusa rekord sayda yoluxma qeydə alınıb like
  • 18 Okt 10:09  
Dünya Fransada koronavirusa rekord sayda yoluxma qeydə alınıb

Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda

arrow Ətraflı
Bu gün Boliviyada prezident və parlament seçkiləri keçiriləcək like
  • 18 Okt 10:04  
Dünya Bu gün Boliviyada prezident və parlament seçkiləri keçiriləcək

Bu gün Boliviyada prezident və parlament seçkiləri keçiriləcək.

arrow Ətraflı
Ermənistan Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd edib like
  • 18 Okt 10:01  
Siyasət Ermənistan Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd edib

Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvəl

arrow Ətraflı
Ermənistanın müharibə cinayəti Meksikanın televiziya və radio kanallarında like
  • 18 Okt 09:59  
Siyasət Ermənistanın müharibə cinayəti Meksikanın televiziya və radio kanallarında

Meksikanın ən çox izlənən televiziya kanallarından olan "TV Milenio&q

arrow Ətraflı