Virciniyada ticarət mərkəzində partlayış olub, xəsarət alanlar var


Dünya 18 Okt 2020 10:29:00 164 0

Virciniyada ticarət mərkəzində partlayış olub, xəsarət alanlar var

ABŞ-ın Harrisonberq şəhərində (Virciniya ştatı) yerləşən ticarət mərkəzlərindən birində partlayış baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb, onlardan 3-ü xəstəxanaya yerləşdirilib, qalanlarına isə yerində tibbi yardım göstərilib.

Virciniyanın qubernatoru Ralf Nortem öz "Twitter" səhifəsində hadisəni "qaz partlayışı" adlandırıb: "Komandam və mən bu səhər Harrisonberqdəki qaz partlayışından sonra vəziyyəti yaxından izləyirik".

Qeyd edilir ki, hazırda partlayışın səbəbi polislər tərəfindən araşdırılır.

Son.az