ABŞda atışma olub, 7 nəfər yaralanıb
Dünya 18 Okt 2020 10:14:00 172 0
ABŞ-ın Mesa şəhərində (Arizona ştatı) avtodayanacaq yaxınlığında atışma baş verib.
Son.az Trend-ə istinadən bildirir ki, naməlum şəxslər avtomobildən ərzaq köşklərinin qarşısında toplaşmış şəxslərə atəş açıblar.
Məlumata əsasən, hadisə nəticəsində 7 nəfər yaralanıb. Onlardan 3-ü böyüklər, 4-ü həddi-büluğa çatmayanlar, uşaqlardır. Yaralananlardan birinin (1 yaşlı uşağın) vəziyyəti ağırdır, o xəstəxanaya yerləşdirilib.
Son.az
Mənbə: milli.az