Sahil Kərimli: Azərbaycan 30 illik işğalın və terrorun kökünü kəsmək üzrədir


Siyasət 18 Okt 2020 09:29:00 72 0

Sahil Kərimli: Azərbaycan 30 illik işğalın və terrorun kökünü kəsmək üzrədir

Ermənistan ordusu bütün cəbhə boyu ağ bayraq qaldırır, düşmən təslim olmaq ərəfəsindədir.

Ciddi məğlubiyyətlər Ermənistanın müdafiə qabiliyyətini tam tükəndirib. Paşinyanın məğlubiyyətini qəbul etməkdən başqa yolu qalmayıb. Terror dövləti Ermənistan ölümqabağı aqoniyadadır. Düşmən əlində ağ bayraq növbəti dəfə atəşkəs üçün yalvarır. Azərbaycan sülhə və atəşkəsə həmişə hazırdır. Lakin Ali Baş Komandan İlham Əliyevin tək şərti qəti və birmənalıdır. Ermənistan dərhal qoşunlarını işğal altındakı torpaqlarımızdan çıxarmalıdır. Uzun müddətli atəşkəs yalnız bu halda ola bilər. Azərbaycan növbəti dəfə humanitar atəşkəsə razı olmaqla Ermənistana tam məvh olmamaq şansı verir. Şərtləri qalib tərəf - Azərbaycan müəyyənləşdirir və diqtə edir. Əgər bu dəfə də işğalçı dövlət vaxt qazanmaq, güc toplamaq, dinc əhalimizi atəşə tutmaq, yeni terror və soyqırım törətmək yolunu tutacaqsa, nəticələri düşmən üçün daha ağır olacaq.

Azərbaycan işğalın və terrorun kökünü kəsir. Məqsəd regionun strateji mənzərəsini tamamilə yenidən formalaşdırmaqdır. Hədəf bölgədə yeni dövr - dayanıqlı sülh və təhlükəsizlik mərhələsi başlatmaqdır. Cənubi Qafqazın taleyini dəyişəcək bu məsuliyyətli missiyanı Azərbaycan lideri İlham Əliyev öz üzərinə götürüb. Yeni dövrdə işğalçıya yer yoxdur. Çünki, tarix boyu dövlət siyasəti işğalçılıq üzərində qurulan Ermənistanın terror, soyqırım, faşizm ənənələri yeni reallıqlara heç bir halda uyğun gəlmir. Tarixi Azərbaycan torpaqlarının uzun illərdir işğalda saxlanılması, qonşu ölkələrə yeni ərazi iddiaları, işğalın və terrorun coğrafiyasını genişləndirmək meylləri bölgənin gələcəyi üçün açıq-aydın təhlükə mənbəyidir. Azərbaycan isə işğala və terrora birdəfəlik son qoymaqla regionda uzunmüddətli sülh və sabitlik əldə etməyə çalışır. Azərbaycan dövləti dünya birliyinin, beynəlxalq qurumların bacarmadığı işin öhdəsindən layiqincə gəlir. Bölgənin gələcək taleyi naminə çətin və şərəfli proses qətiyyətlə davam etdirilir. Biz Cənubi Qafqaza daimi sülh gətiririk. Azərbaycan yeni tarix yazır. Dünya ölkəmizin qüdrətini, ordumuzun yüksək peşəkarlığını, döyüş meydanlarında göstərdiyi şücaətləri, xalqımızın birliyini və həmrəyliyini, qələbə əzmini heyranlıqla izləyir. Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə beynəlxalq aləmə dəmir iradə, haqq-ədalət nümayiş etdirir. Torpaqlarımız qarış-qarış, addım-addım terrorçulardan təmizlənir. Düşmən arxasına baxmadan qaçır.

Bu gün Azərbaycan Prezidenti bir neçə cəbhədə uğurlu müharibə aparır. Ali Baş Komandan Ordumuza necə qətiyyət və bacarıqla rəhbrlik edirsə, diplomatiya müstəvisində də eyni peşəkarlıq və prinsipiallıq göstərir. Prezident İlham Əliyev nəhəng dövlətlərin, ermənipərəst qüvvələrin çox ciddi təziqləri qarşısında əzmlə dayanıb və heç bir şübhə yoxdur ki, bu sonadək belə olacaq. Çünki Azərbaycanın milli maraqları, ərazi bütövlüyü və suverenliyi Prezident İlham Əliyev üçün daim birinci yerdə dayanıb. Biz Prezident İlham Əliyevin siyasətinin timsalında Azərbaycan dövlətinin qətiyyətinin, öz mövqeyindən bir addım belə geri çəkilməyəcəyinin şahidi oluruq. Bu həqiqətən də şanslı tarixdir, həqiqətən də fəxr və qürur duyulası məqamlardır.

Azərbaycan bölgədə həm də nəhəng regional layihələrin müəllifi və icraçısıdır. Ermənistanın terrora köklənmiş dövlət siyasəti isə daim bölgənin taleyi üçün ciddi təhdidir. Son günlər terrorçuların işağlda saxladıqları mövqelərdən, həmçinin Ermənistan ərazisindən Azərbaycanın strateji obyektlərini, dünya miqyaslı layihələri hədəf alması olduqca təhlükəlidir. Bu faktlar özü-özlüyündə Ermənistanın təkcə ölkəmiz və bölgə üçün deyil, ümumilikdə dünya üçün, Avropanın enerji təhlükəsizliyi üçün nə qədər böyük zərbə vurduğunu göstərir. Bu mənada Avropa seçim etməlidir. Ya işğalçı Ermənistan, ya da Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan və tarixi torpaqları uğrunda haqq döyüşü aparan Azərbaycan. Əks halda, baş verə biləcək təhlükəli hadisələri təsəvvür etmək çətin deyil.

Ermənistanın işğalçılıq siyasətinin dayandırılması və Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi nəinki bölgənin, dünyanın nizamını dəyişəcək. Azərbaycan Prezidentinin gələcəyə hesablanmış dəqiq hədəfləri bölgədə yeni bir strateji mənzərə, strateji baxış yaratmaqdır: İşğala, terrora, soyqırıma, etnik təmizləmə siyasətinə son, bölgədə dayanıqlı sülh və təhlükəsizlik. Regionda tam fərqli strateji mənzərənin yaranması çox uzaqda deyil.

Sahil Kərimli, Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş redaktor müavini

Cəbhəboyu ərazilərdə dron, radiopelenqator və mərmi qalıqları aşkar edilib like
  • 18 Okt 09:24  
Digərləri Cəbhəboyu ərazilərdə dron, radiopelenqator və mərmi qalıqları aşkar edilib

2020-ci il 17 Oktyabr tarixində Azərbaycan Respublikası Ərazilərinin Minala

arrow Ətraflı
Gürcüstanda koronavirusa son sutka ərzində daha 858 nəfər yoluxub like
  • 18 Okt 09:19  
Dünya Gürcüstanda koronavirusa son sutka ərzində daha 858 nəfər yoluxub

Gürcüstan yeni növ koronavirusa (COVİD-19) son sutka ərzində daha 858 nəf

arrow Ətraflı
Moskvada koronavirusdan daha 52 nəfər ölüb like
  • 18 Okt 09:14  
Dünya Moskvada koronavirusdan daha 52 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 52

arrow Ətraflı
Ermənilərin Ağdamı atəşə tutması nəticəsində bir nəfər yaralanıb like
  • 18 Okt 09:09  
Siyasət Ermənilərin Ağdamı atəşə tutması nəticəsində bir nəfər yaralanıb

Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-

arrow Ətraflı
Ağdaşda ağır yol qəzası olub, like
  • 18 Okt 09:05  
Digərləri Ağdaşda ağır yol qəzası olub,

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil

arrow Ətraflı
Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir  MN like
  • 18 Okt 08:51  
Siyasət Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir MN

Oktyabrın 17-də gün ərzində yeni humanitar atəşkəs rejimi elan olunanad

arrow Ətraflı
Ermənistan yeni atəşkəs rejiminə əməl etmir like
  • 18 Okt 06:58  
Siyasət Ermənistan yeni atəşkəs rejiminə əməl etmir

Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunma

arrow Ətraflı
Ermənistan  növbəti dəfə yalan məlumat yayıb like
  • 18 Okt 01:28  
Siyasət Ermənistan növbəti dəfə yalan məlumat yayıb

Azərbaycan hərbçilərinin guya mühasirəyə düşməsi barədə Ermənistan

arrow Ətraflı
Mülki əhali arasında təbliğattəşviqat işləri davam edir  VİDEO  FOTO like
  • 18 Okt 00:02  
Siyasət Mülki əhali arasında təbliğattəşviqat işləri davam edir VİDEO FOTO

Əks-hücum əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri ç

arrow Ətraflı
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 29cu ildönümü qeyd olunur like
  • 18 Okt 00:01  
Siyasət Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 29cu ildönümü qeyd olunur

Oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd olunur.

arrow Ətraflı
Azərbaycan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub like
  • 17 Okt 23:58  
Siyasət Azərbaycan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub

2020-ci ilin 17 oktyabr tarixində Azərbaycan Xarici İşlər nazirinin təşə

arrow Ətraflı
MercedesBenz yanacaq elementləri ilə işləyən ilk yük avtomobilini təqdim edib  FOTO like
  • 17 Okt 23:58  
Digərləri MercedesBenz yanacaq elementləri ilə işləyən ilk yük avtomobilini təqdim edib FOTO

Dailmer konserni alman markasının ilk yanacaq elementləri ilə işləyən Mer

arrow Ətraflı
İnfeksionistdən ÇAĞIRIŞ: "Qorunma tədbirlərinə xüsusi diqqət yetirməliyik" like
  • 17 Okt 23:55  
Digərləri İnfeksionistdən ÇAĞIRIŞ: "Qorunma tədbirlərinə xüsusi diqqət yetirməliyik"

Yoluxma saylarında stabillik müşahidə olunsa da, arxayınlaşmamalıyıq.

arrow Ətraflı
Uşaqları normal yuxuya necə alışdırmaq lazımdır? Pediatrdan yuxu gigiyenası barədə like
  • 17 Okt 23:50  
Digərləri Uşaqları normal yuxuya necə alışdırmaq lazımdır? Pediatrdan yuxu gigiyenası barədə

Böyüklərdə olduğu kimi uşaqlarda, körpələrdə də yuxu gigiyenası sağ

arrow Ətraflı