Ağdaşda ağır yol qəzası olub,


Digərləri 18 Okt 2020 09:05:00 206 0

Ağdaşda ağır yol qəzası olub,

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağdaş rayonunun Nemətabad kəndi ərazisində "VAZ" və "Chery" markalı iki minik avtomobili toqquşub.

Nazirlikdən Son.az-a bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1988-ci il təvəllüdlü Sadıqov Orxan Cavid oğlunun meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.