Professordan: Arxayınlaşmaq olmaz, çünki virus bizim aramızdadır


Digərləri 17 Okt 2020 23:40:00 106 0

Professordan: Arxayınlaşmaq olmaz, çünki virus bizim aramızdadır

Artıq bir müddətdir ki, ölkədə koronavirusa yoluxma halları, epidemik vəziyyət tam nəzarət altındadır. Gündəlik yoluxma əsasən 100-150, bəzi günlərdə isə daha az olur.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov açıqlayıb. Onu sözlərinə görə, bu, bir tərəfdən görülmüş işlərin, digər tərəfdən vətəndaşların qoyulan qaydalara riayət etməsinin nəticəsidir.

A. Qurbanov bildirib ki, yoluxma sayları azaldıqca, vəziyyət daha da stabilləşdikcə Nazirlər Kabineti yanında Operativ Qərargah vaxtaşırı yumşalma tədbirləri tətbiq edir. Yumşalma tədbirlərinin sayı artdıqca qorunma tədbirlərinə daha ciddi əməl olunmalıdır: "Maskadan istifadə, məsafənin saxlanılması, əl gigiyenasına əməl olunması yenə də gündəmdədir. Yoluxma saylarının azalması ilə tam sərbəst olmağı düşünmək və arxayınlaşmaq olmaz. Çünki virus bizim aramızdadır, o, heç yerə getməyib. Yoluxma saylarında artımın olmamasına çalışmalıyıq. Çünki bu, arzuolunmaz nəticələrə səbəb olur, ağır xəstələrin, xəstəxanaya yerləşdirilənlərin sayı artır. Ona görə də hamımız çox diqqətli olmalıyıq".

Professor hazırda müharibə dövrünü yaşadığımızı vurğulayaraq bunları deyib: "Bizim şanlı ordumuz tarixi qələbələr qazanır. Müharibədə ön və arxa cəbhələr mövcuddur. Ön cəbhədəki qələbələr müəyyən qədər arxa cəbhədən də asılıdır. Arxa cəbhədə tam gücümüzlə fəaliyyət göstərmək və ön cəbhəyə əlimizdən gələn köməyi etmək üçün gərək öz sağlamlığımızı qoruyaq. Arxa cəbhədə problemlə üzləşsək, əlavə çətinliklər yarana bilər. Digər tərəfdən müharibə zamanı yaralılar da olur. Onların müalicəsi xəstəxanalarda aparılır. Biz elə etməliyik ki, xəstəxanalar koronavirus xəstələri ilə yüklənməsin. Bu səbəbdən qorunma tədbirlərinə daha ciddi əməl etməliyik.

Bildiyimiz kimi, oktyabrın 1-dən V-IX siniflər əyani təhsilə başlayıblar. Bu, təmasların artması deməkdir. Qorunma tədbirlərinə əməl olunmasa, təmasların artımı yoluxma saylarına da təsir edə bilər. Elə etməliyik ki, təmaslar yoluxma saylarına ciddi təsir etməsin, məktəblər daimi açıq qalsın, şagirdlər gündəlik dərslərinə davam edə bilsinlər, sonradan yenidən qapanmalara getməyək. Burada valideyn və müəllimlərin üzərinə məsuliyyət düşür. Onlar hər gün məktəblilərin necə davranmalarını onlara başa salmalı və buna nəzarət etməlidirlər. Doğrudur, koronavirus məktəblilərdə ciddi problemlər törətmir. Lakin onların xəstəlikdə infeksiya mənbəyinə çevrilmə təhlükələri narahatlıq doğurur. Məktəbdə yoluxmuş uşaq evdə ailə üzvlərini xəstələndirə bilər. Nəticədə yoluxmaların sayında artma müşahidə oluna bilər. Ona görə də qaydaları bilməyən şagirdlərə bunlar öyrədilməlidir. Yaxşı olardı ki, ilk dərs günlərində, ilk dərs saatlarında müəllimlər şagirdlərinə virus haqqında danışsınlar. Belə yanaşsaq, məktəblərin fəaliyyəti daimi ola bilər, heç bir əlavə məhdudiyyətə ehtiyac yaranmaz. Müntəzəm olaraq məktəb yaşındakı uşaqlar üçün maarifləndirici tədbirlərin görülməsi vacibdir".

Ceyhun Bayramovun türkiyəli həmkarı ilə telefon danışığı olub like
  • 17 Okt 23:31  
Siyasət Ceyhun Bayramovun türkiyəli həmkarı ilə telefon danışığı olub

Bu ilin 17 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri C

arrow Ətraflı
Superleggera studiyası reto üslubda hazırladığı superkarı təqdim edib  FOTO like
  • 17 Okt 23:30  
Digərləri Superleggera studiyası reto üslubda hazırladığı superkarı təqdim edib FOTO

İtalyan Touring Superleggera studiyası mütəmadi olaraq fərqli markaların s

arrow Ətraflı
Alimlərdən ÇAĞIRIŞ: Ən çox qoxu və dad hissinin itməsinə diqqət edin! like
  • 17 Okt 23:20  
Digərləri Alimlərdən ÇAĞIRIŞ: Ən çox qoxu və dad hissinin itməsinə diqqət edin!

İngiltərədən olan alimlər pandemiya ilə bağlı qoxu və dad hissinin itki

arrow Ətraflı
Mikoplazmoz like
  • 17 Okt 23:15  
Digərləri Mikoplazmoz

Son illər sidik-cinsiyyət sisteminin patologiyasında mikoplazmozların rolu x

arrow Ətraflı
Səhər yeməyindən əvvəl kofe içmək nəyə səbəb olur? like
  • 17 Okt 23:10  
Digərləri Səhər yeməyindən əvvəl kofe içmək nəyə səbəb olur?

Səhər yeməyindən öncə qəhvə içmək orqanizmin qan şəkəri kontrolunu

arrow Ətraflı
XİN: Azərbaycanla Ermənistan 18 oktyabrdan müvəqqəti humanitar atəşkəsə razılıq verib like
  • 17 Okt 23:09  
Siyasət XİN: Azərbaycanla Ermənistan 18 oktyabrdan müvəqqəti humanitar atəşkəsə razılıq verib

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla

arrow Ətraflı
Mansory Porsche Cayenne ailsəi üçün tününq proqramını hazırlayıb  FOTO like
  • 17 Okt 23:01  
Digərləri Mansory Porsche Cayenne ailsəi üçün tününq proqramını hazırlayıb FOTO

Mansory atelyesi Porsche Cayenne ailəsi üçün hazırladığı yeni tüninq pr

arrow Ətraflı
Uşaqlarda dəmir çatışmazlığının qarşısını necə almaq olar? like
  • 17 Okt 22:55  
Digərləri Uşaqlarda dəmir çatışmazlığının qarşısını necə almaq olar?

Uşaqların inkişafında ən vacib olan elementlərdən biri də dəmirdir. Kö

arrow Ətraflı
Süd vəzi xərçənginin gizli ƏLAMƏTLƏRİ like
  • 17 Okt 22:50  
Digərləri Süd vəzi xərçənginin gizli ƏLAMƏTLƏRİ

Süd vəzi xərçənginin qadınlar arasında onkoloji xəstəliklər sırasınd

arrow Ətraflı
Döyənək like
  • 17 Okt 22:45  
Digərləri Döyənək

Döyənək qalınlaşmış və sərtləşmiş dəri sıxıntısıdır. Ayağa s

arrow Ətraflı
Hipofiz şişləri nədir və ən çox nədən yaranır? like
  • 17 Okt 22:40  
Digərləri Hipofiz şişləri nədir və ən çox nədən yaranır?

Hipofiz orqanizmin əsas vəzlərindən biridir. Endokrin sistemin əsas vəzisi

arrow Ətraflı
Audi etron GT modelinin sınaqlarının son mərhələsinə başlanıb  FOTO like
  • 17 Okt 22:30  
Digərləri Audi etron GT modelinin sınaqlarının son mərhələsinə başlanıb FOTO

Bu günlərdə yeni avtomobillərin "ovuna" çıxmış casuslar Nürbu

arrow Ətraflı
Viruslardan qorunmağın yolu: Sodalı su ilə qarqara, D və C vitaminləri qəbul etmək... like
  • 17 Okt 22:20  
Digərləri Viruslardan qorunmağın yolu: Sodalı su ilə qarqara, D və C vitaminləri qəbul etmək...

Virus və infeksiyalara, epidemik xəstəliklərə yoluxma halları qışda qapa

arrow Ətraflı
İmmundefisit virus infeksiyası like
  • 17 Okt 22:15  
Digərləri İmmundefisit virus infeksiyası

İmmundefisit virus infeksiyası kəskin limfopeniya, orqanizmin şərti pathoge

arrow Ətraflı