Dövlət Komitəsi Gəncədə zərər çəkən və həyatını itirən mülki vətəndaşlarla bağlı bəyanat verdi FOTO


Siyasət 17 Okt 2020 18:50:00 74 0

Dövlət Komitəsi Gəncədə zərər çəkən və həyatını itirən mülki vətəndaşlarla bağlı bəyanat verdi  FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təcavüzkar Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutması nəticəsində zərər çəkən və həyatını itirən mülki vətəndaşlarla bağlı bəyanat verib.

Komitədən Son.az-a verilən məlumata görə, bəyanatda deyilir:

"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərini məqsədyönlü şəkildə hədəf seçərək mülki əhalini və yaşayış massivlərini növbəti dəfə raket atəşinə tutması bəşəriyyət əleyhinə yönəlmiş cinayətdir. 17 oktyabr 2020-ci il tarixində, gecə saatlarında cəbhə bölgəsindən və münaqişə zonasından kənar yerləşən Gəncə şəhəri sayca üçüncü dəfə terrora məruz qalaraq ballistik raket atəşinə tutuldu. Bu terror nəticəsində 3 azyaşlı uşaq, 4 qadın olmaqla 13 nəfər həyatını itirdi, 5-i azyaşlı və 20-i qadın olmaqla 48 nəfər ağır şəkildə yaralandı, 2 uşaq itkin düşdü. Qəhrəman Azərbaycan ordusunun qarşısında dayana bilməyən Ermənistan rəhbərliyinin terror əməllərinin qurbanı olan əhali arasında qadın və uşaqların yer alması ermənilər tərəfindən tarixən törədilən qətliamların növbəti təzahürüdür. 27 sentyabr 2020-ci il tarixindən bu günə kimi Ermənistan silahlı qüvvələri təmas xətti boyunca Azərbaycan mövqelərini, eləcə də münaqişə zonasına daxil olmayan Azərbaycan şəhərlərini, yerli əhalinin məskunlaşdığı yaşayış məntəqələrini və mülki obyektləri müxtəlif növ silahlarla intensiv şəkildə atəşə tutması nəticəsində, ümumilikdə 60 mülki şəxs həlak olmuş, 270 dinc sakin yaralanmışdır. 1704 yaşayış evi, 327 mülki obyekt və 90 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşmüşdür. Bütün dünyanın gözü önündə baş verən, insanlığa qarşı barbarlıq və vəhşiliyi açıq şəkildə əks etdirən bu hadisələrə və azərbaycanlılara qarşı yönəlmiş müharibə cinayətinə dünya birliyinin hələ də səssiz qalması Azərbaycan xalqı olaraq bizi naharat edir. Beynəlxalq humanitar hüququn norma və prinsiplərini, o cümlədən elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozan Ermənistan rəhbərliyi törətdiyi cinayətlərə görə tam məsuliyyət daşıyaraq layiqli cəzasını almalı, beynəlxalq ictimaiyyət qarşısında cavab verməlidir. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bu müharibədən əziyyət çəkən ailələrin,uşaq və qadınların, vəziyyətini xüsusi diqqət mərkəzində saxlamaqla, digər ölkələrdə fəaliyyət göstərən həmkar dövlət qurumlarına, eləcə də aidiyyəti beynəlxalq təşkilatlara üzümüzü tutaraq bu müharibə cinayətinin nəticələrinə biganə qalmamağa çağırırıq. Bütün dünya ictimaiyyətini BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamələrinə, BMT-nin "Uşaq Hüquqları haqqında" Konvensiyasına, BMT Təhlükəsizlik Şurasının "Silahlı münaqişələr zamanı uşaqların qorunması tədbirləri haqqında" 2427 qətnaməsinə məhəl qoymayan Ermənistanın Azərbaycanın mülki əhalisini namərdcəsinə hədəf seçməsinə son qoyulması istiqamətində təxirəsalınmaz addımlar atmağa çağırır, zərərçəkən ailələrin, hüquqları pozulan qadınların, azyaşlı körpələrin qətlinə münasibət bildirmələrini tələb edirik".

"Azərişıq" və “Azəriqaz” rəhbərliyi dağılmış evlərə baş çəkiblər  FOTO like
  • 17 Okt 18:49  
Digərləri "Azərişıq" və “Azəriqaz” rəhbərliyi dağılmış evlərə baş çəkiblər FOTO

Oktyabrın 17-də "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov və &q

arrow Ətraflı
Bern Gəncə terroruna etiraz edir  FOTO like
  • 17 Okt 18:44  
Siyasət Bern Gəncə terroruna etiraz edir FOTO

İsveçrədə yaşayan azərbaycanlılar işğalçı Ermənistan ordusunun ölk

arrow Ətraflı
Aİ Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı bəyanat yaydı like
  • 17 Okt 18:40  
Siyasət Aİ Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı bəyanat yaydı

Avropa İttifaqı (Aİ) Ermənistanın Gəncəyə raket zərbələri endirməsin

arrow Ətraflı
Fransada başı kəsilən müəllimə görə 4 nəfər həbs edilib: like
  • 17 Okt 18:37  
Dünya Fransada başı kəsilən müəllimə görə 4 nəfər həbs edilib:

Fransada ötən gün tarix müəlliminin başını kəsilməsi hadisəsinə gör

arrow Ətraflı
İsveç krallığında erməni terroru pislənib  FOTO like
  • 17 Okt 18:33  
Siyasət İsveç krallığında erməni terroru pislənib FOTO

Isveç Krallığının Stokolm şəhərindəki Azərbaycan diasporu işğalçı

arrow Ətraflı
“Ermənistan rəhbərliyi odla oynayır” like
  • 17 Okt 18:28  
Siyasət “Ermənistan rəhbərliyi odla oynayır”

Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi cinayət faktı ilə bağlı

arrow Ətraflı
Ombudsman yaralıları ziyarət etdi  FOTO like
  • 17 Okt 18:26  
Digərləri Ombudsman yaralıları ziyarət etdi FOTO

Ombudsman Səbinə Əliyeva erməni terroru nəticəsində Gəncədə həlak olm

arrow Ətraflı
Düşmənin 3 “TorM2KM” zenitraket kompleksi məhv edildi  MN like
  • 17 Okt 18:18  
Siyasət Düşmənin 3 “TorM2KM” zenitraket kompleksi məhv edildi MN

Düşmənin "Tor-M2KM" zenit-raket kompleksləri məhv edilib.

arrow Ətraflı
"Gəncəyə hücum Ermənistanın acizliyinin nişanəsidir" like
  • 17 Okt 18:17  
Siyasət "Gəncəyə hücum Ermənistanın acizliyinin nişanəsidir"

Azərbaycanın şəhərləri, xüsusilə Gəncə şəhərinin yaşayış massivl

arrow Ətraflı
"The Guardian" Gəncə terrorundan yazdı like
  • 17 Okt 18:11  
Siyasət "The Guardian" Gəncə terrorundan yazdı

"The Guardian" qəzetində oktyabrın 17-də gecə saatlarında Gənc

arrow Ətraflı
"Ordumuzun birbirinin ardınca azad etdiyi yaşayış məntəqələri onun gücü ilə tam mütənasibdir" like
  • 17 Okt 18:07  
Siyasət "Ordumuzun birbirinin ardınca azad etdiyi yaşayış məntəqələri onun gücü ilə tam mütənasibdir"

Azərbaycan ordusunun real gücünu sentyabrın 27-dən başlamış qalibiyyətl

arrow Ətraflı
“Atam vətəni qorumağa anamın məzarından başlayıb” like
  • 17 Okt 18:05  
Şou-biznes “Atam vətəni qorumağa anamın məzarından başlayıb”

Aktyor Kənan Yusifov şəhid atası komandir Elxan Bayandur oğlu Yusifov bar

arrow Ətraflı
Avstraliya saytları Ermənistanın Gəncəyə son raket hücumu barədə məlumatlar yaydı  FOTO like
  • 17 Okt 18:03  
Siyasət Avstraliya saytları Ermənistanın Gəncəyə son raket hücumu barədə məlumatlar yaydı FOTO

Avstraliya saytları Ermənistanın raket hücumu nəticəsində Gəncə şəhə

arrow Ətraflı
Rumıniyanın aparıcı KİVləri Ermənistanın Gəncəyə raket hücumundan yazır  FOTO like
  • 17 Okt 18:00  
Siyasət Rumıniyanın aparıcı KİVləri Ermənistanın Gəncəyə raket hücumundan yazır FOTO

Rumıniyanın aparıcı KİV-ləri, o cümlədən AGERPRES milli xəbər agentli

arrow Ətraflı