Azərbaycanın İtaliyadakı səfiri: Önyarqı və ikili standartlar yetər!


Siyasət 17 Okt 2020 18:59:00 60 0

Azərbaycanın İtaliyadakı səfiri: Önyarqı və ikili standartlar yetər!

İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, o cümlədən nüfuzlu Il Giornale qəzeti, Adnkronos xəbər agentliyi, Kmetro0, Notizie Tiscali, Notizie Yahoo, Occhio Notizie, Telenicosia, Politicamente Corretto, Agenzia Nova və digər mətbuat orqanları Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə son raket hücumu və Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı açıqlamasını dərc ediblər.

Azərbaycanın İtaliyadakı Səfirliyindən Son.az-a verilən məlumata görə, Azərbaycan səfiri bildirib ki, İtaliya hökuməti, parlament üzvləri, siyasi partiyaları, kütləvi informasiya vasitələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və mülki azərbaycanlı əhaliyə törətdiyi müharibə cinayətlərinə biganə qalmamalıdılar. Diplomat qeyd edib ki, erməni tərəfinin yalanlarına inananlar, Ermənistanın iddialarını kor-koranə dəstəkləyənlər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə ağır artilleriya silahları, raketlərin istifadəsi ilə dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətlərindən nəticə çıxarmalıdılar. M.Əhmədzadə əlavə edib ki, 27 sentyabr tarixindən başlayaraq Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə raket hücumları nəticəsində 60 mülki azərbaycanlı qətlə yetirilib, 270 nəfərdən çox mülki şəxs yaralanıb.

Fikirlərinə davam edən səfir vurğulayıb: "Önyarqı yetər! İkili standartlar yetər! Məsələyə ideoloji don geyindirmək yetər! "Xristian ermənilər" və "müsəlman azərbaycanlılar" kimi bölünmə yetər! Nəhayət anlamaq lazımdır ki, bu münaqişənin din ilə heç bir əlaqəsi yoxdur! Anlamaq lazımdır ki, Ermənistan sülh istəmir! Anlamaq lazımdır ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirmək istəyir. Anlamaq lazımdır ki, Ermənistan işğal etdiyi ərazilərdən qovduğu 1 milyondan çox azərbaycanlının öz doğma torpaqlarına qayıtmasını istəmir. Buna nail olmaq üçün də Ermənistan Azərbaycana qarşı yalan və saxtakarlıqlarla dolu propaqanda aparır".

Diplomat açıqlamasını bu fikirlərlə yekunlaşdırıb: "Əgər doğurdan da Ermənistan sülh istəyirsə, Azərbaycanın işğal olunmuş ərazilərindən öz silahlı qüvvələrini çıxarmalıdır. Çünki Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qalması bölgədə sülhə əsas təhdiddir".

Diplomatın açıqlamaları ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq olar:

https://www.ilgiornale.it/news/mondo/nagorno-karabakh-lazerbaigian-condanna-attacco-armeno-1897094.html

https://kmetro0.it/2020/10/17/azerbaijan-attacco-armeno-a-ganja-uccisi-13-civili-i-feriti-oltre-55

/

https://www.adnkronos.com/fatti/esteri/2020/10/17/nagorno-missile-case-azerbaigian-almeno-morti_P1JPOEtnWewVgT9SPGV0ZI.html?refresh_ce

https://notizie.tiscali.it/esteri/articoli/nagorno-missile-case-in-azerbaigian-almeno-13-morti-00002

/

https://it.notizie.yahoo.com/nagorno-missile-su-case-azerbaigian-092057381.html

https://www.occhionotizie.it/nagorno-missile-azerbaigian-morti

/

https://www.telenicosia.it/nagorno-missile-su-case-in-azerbaigian-almeno-13-morti

/

https://www.politicamentecorretto.com/2020/10/17/cs_nella-notte-pesante-bombardamento-a-ganja-da-parte-delle-forze-armate-dellarmenia

/

https://www.agenzianova.com/a/5f8af3d199d158.70481207/3146715/2020-10-17/nagorno-karabakh-ambasciatore-ahmadzada-non-si-puo-restare-indifferenti-ad-aggressione-armena

Aşıq Samirənin yeni klipi  VİDEO like
  • 17 Okt 18:57  
Şou-biznes Aşıq Samirənin yeni klipi VİDEO

Son.az Aşıq Samirənin yeni klipini təqdim edir.

arrow Ətraflı
"Azərişıq" və “Azəriqaz” rəhbərliyi dağılmış evlərə baş çəkiblər  FOTO like
  • 17 Okt 18:49  
Digərləri "Azərişıq" və “Azəriqaz” rəhbərliyi dağılmış evlərə baş çəkiblər FOTO

Oktyabrın 17-də "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov və &q

arrow Ətraflı
Bern Gəncə terroruna etiraz edir  FOTO like
  • 17 Okt 18:44  
Siyasət Bern Gəncə terroruna etiraz edir FOTO

İsveçrədə yaşayan azərbaycanlılar işğalçı Ermənistan ordusunun ölk

arrow Ətraflı
Aİ Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı bəyanat yaydı like
  • 17 Okt 18:40  
Siyasət Aİ Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı bəyanat yaydı

Avropa İttifaqı (Aİ) Ermənistanın Gəncəyə raket zərbələri endirməsin

arrow Ətraflı
Fransada başı kəsilən müəllimə görə 4 nəfər həbs edilib: like
  • 17 Okt 18:37  
Dünya Fransada başı kəsilən müəllimə görə 4 nəfər həbs edilib:

Fransada ötən gün tarix müəlliminin başını kəsilməsi hadisəsinə gör

arrow Ətraflı
İsveç krallığında erməni terroru pislənib  FOTO like
  • 17 Okt 18:33  
Siyasət İsveç krallığında erməni terroru pislənib FOTO

Isveç Krallığının Stokolm şəhərindəki Azərbaycan diasporu işğalçı

arrow Ətraflı
“Ermənistan rəhbərliyi odla oynayır” like
  • 17 Okt 18:28  
Siyasət “Ermənistan rəhbərliyi odla oynayır”

Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi cinayət faktı ilə bağlı

arrow Ətraflı
Ombudsman yaralıları ziyarət etdi  FOTO like
  • 17 Okt 18:26  
Digərləri Ombudsman yaralıları ziyarət etdi FOTO

Ombudsman Səbinə Əliyeva erməni terroru nəticəsində Gəncədə həlak olm

arrow Ətraflı
Düşmənin 3 “TorM2KM” zenitraket kompleksi məhv edildi  MN like
  • 17 Okt 18:18  
Siyasət Düşmənin 3 “TorM2KM” zenitraket kompleksi məhv edildi MN

Düşmənin "Tor-M2KM" zenit-raket kompleksləri məhv edilib.

arrow Ətraflı
"Gəncəyə hücum Ermənistanın acizliyinin nişanəsidir" like
  • 17 Okt 18:17  
Siyasət "Gəncəyə hücum Ermənistanın acizliyinin nişanəsidir"

Azərbaycanın şəhərləri, xüsusilə Gəncə şəhərinin yaşayış massivl

arrow Ətraflı
"The Guardian" Gəncə terrorundan yazdı like
  • 17 Okt 18:11  
Siyasət "The Guardian" Gəncə terrorundan yazdı

"The Guardian" qəzetində oktyabrın 17-də gecə saatlarında Gənc

arrow Ətraflı
"Ordumuzun birbirinin ardınca azad etdiyi yaşayış məntəqələri onun gücü ilə tam mütənasibdir" like
  • 17 Okt 18:07  
Siyasət "Ordumuzun birbirinin ardınca azad etdiyi yaşayış məntəqələri onun gücü ilə tam mütənasibdir"

Azərbaycan ordusunun real gücünu sentyabrın 27-dən başlamış qalibiyyətl

arrow Ətraflı