Faşizm üzərində qələbənin 75 illiyində faşist ermənilərdən yardım yalvarışı FOTO


Siyasət 17 Okt 2020 17:26:00 169 0

Faşizm üzərində qələbənin 75 illiyində faşist ermənilərdən yardım yalvarışı  FOTO

MDB gənclərlə iş üzrə Şuranın   sayca 27-ci iclasında Azərbaycanı Gənclər və İdman nazirinin müavini İntiqam Babayev təmsil edib.  

Son.az xəbər verir ki, Rusiya Federasiyası, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın  gənclər siyasətinə məsul nazirlərinin qatıldığı iclas COVİD 19 pandemiyası ilə əlaqədar olaraq onlayn formatında gerçəkləşib. 

İclasın ilkin mövzularından biri Böyük Vətən müharibəsinin 75 illiyi ilə bağlı üzv dövlətlərin bu istiqamətdə gördüyü işlərlə bağlı məruzələrin dinlənilməsi olub. Öz növbəsində, nazir müavini İntiqam Babayev Azərbaycanın faşizm üzrəində qələbənin qazanılmasında xüsusi töhfəsi olduğunu diqqətə çatdıraraq, nazirliyin bununla bağlı həyata keçirdiyi bir çox layihələri haqqında məlumat verib, hər il  9 May qələbə gününündə  gənclərin müharibə veteranları  ilə görüşdüklərini, onların qəhrəmanlıqlarının yaşadıldığını diqqətə çatdırıb. 

Məhz elə Ermənistanı da qıcıq edən İntiqam Babayevin qələbənin 75 illiyini  qeyd etdiyimiz bu məqamda Azərbaycanın Ermənistan tərəfindən faşistcəsinə  hücumlara məruz qaldığını,  müharibənin aparılmadığı Gəncə, Mingəçevir və digər  şəhərlərinə düşmənin bütün beynəlxalq prosedurları pozaraq raket atdığını və nəticədə dinc əhalinin öldürüldüyünü  , uşaq da daxil olmaqla bir çox insanların yaralandığını, yaşayış evlərinə ciddi ziyan dəydiyini söyləməsi olub. 

Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Artur Martirasyan  Dağlıq Qarabağın şəhər və kəndlərinin Azərbaycan tərəfindən hücuma məruz qaldığını, Şuşadakı kilsənin dağıdıldığını  və bu döyüşlərdə Türkiyənin ölkəmizə dəstək göstərdiyini söyləyərək, MDB gənclərlə iş üzrə Şuranın iştirakçılarını  Azərbaycana qarşı mübarizəyə çağırıb. Nazir müavini  "Bizi xilas edin" söyləyərək, imdad diləyib.  Qeyd edək ki, iclas zamanı MDB-ə üzv ölkələrin ötən dönəm ərzində  gənclər və idman sahələrində gördükləri  işlərə nəzər salınıb, fikir mübadiləsi aparılıb.

Sədrlik növbəti il üçün Tacikistana keçib.

Son.az