"Beynəlxalq ictimaiyyət erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına kömək göstərməlidir"


Siyasət 16 Okt 2020 14:55:00 184 0

"Beynəlxalq ictimaiyyət erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına kömək göstərməlidir"

Beynəlxalq ictimaiyyət erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına kömək göstərməlidir.

Son.az bildirir ki, bunu Trend-ə livanlı politoloq Əli Bəkir deyib.

O qeyd edib ki, dünya ictimaiyyəti tərəfindən Azərbaycana münasibətdə ikili standartların tətbiq olunması təəccüb doğurur. Politoloqun sözlərinə görə, Türkiyə istisna olmaqla əksər ölkələr münaqişənin dondurulmasında təkid edir ki, bu da problemin həll yolu deyil:

"Bu cür yanaşma, Ermənistanı Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün daha da cəsarətləndirir. Rəsmi Bakı hadisələrin bu cür gedişatını heç vaxt qəbul etməyib və bundan sonra da qəbul etməyəcək. Azərbaycan hakimiyyəti bu məsələdə tam haqlıdır". O təəssüflə qeyd edib ki, ATƏT Minsk qrupu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində heç bir real addım atmayıb:

"ATƏT Minsk qrupunun danışıqları zamanı Azərbaycan bir santimetr də tarixi torpaqlarını geri almayıb. Bu münaqişənin yeganə həll yolu Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquqa əsasən təmin olunmasıdır. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir".

Politoloq əlavə edib ki, Azərbaycanın Suriya və Liviyadan muzdluları istifadə etməsi barədə hər hansı bir sübut təqdim edilməyib.