Ermənistan bütün vasitələrlə münaqişənin ərazisini genişləndirməyə çalışır


Digərləri 16 Okt 2020 14:35:00 172 0

Ermənistan bütün vasitələrlə münaqişənin ərazisini genişləndirməyə çalışır

Ermənistan Naxçıvanın Ordubad rayonuna raket zərbəsi endirib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, bu addım Ermənistanın bütün vasitələrlə münaqişənin ərazisini genişləndirməyə çalışdığını göstərir:

"Ermənistan Azərbaycanın döyüş zonasından kənardakı şəhərlərinə raket atəşi açır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür"