"Ermənistan birmənalı şəkildə humanitar atəşkəsdə maraqlı deyil"


Siyasət 15 Okt 2020 17:58:00 173 0

"Ermənistan birmənalı şəkildə humanitar atəşkəsdə maraqlı deyil"

"Dünya ictimiyyəti, beynəlxalq təşkilatlar Ermənistana terror əmməllərini durdur demir. Çünki onun arxasına birmənalı şəkildə ikili standart durur".

Bunu Son.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, Geosiyasət və konfliktologiya üzrə ekspert Kərəm Məmmədov deyib.

O bildirib ki, Ermənistan tərəfi beynəlxalq hüququn bütün norma və prinsiplərini pozduğu halda heç bir xəbərdarlıq edilmir:

"Ən böyük beynəlxalq təşkilat BMT-dir və BMT-nin nizamnaməsində göstərilir ki, əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi təmin etməkdir. Amma çox təəssüflər olsun ki, Ermənistan tərəfi beynəlxalq hüququn bütün norma və prinsiplərini pozduğu halda heç bir xəbərdarlıq edilmir. BMT 4 qətnamə qəbul edib. Bu qətnamələrin hansı birinin yerinə yetirilməsinə ciddi şəkildə çağırış ediblər?!, etmədilər. O 4 qətnaməyə səs verən ölkələr biri də Fransadır. Heçolmasa o qətnamələrin yerinə yetirilməsində ən azı öz verdikləri səslərinə hörmət əlaməti olaraq Fransa nə vaxtsa Ermənistan bir təkidlə tələb etdimi ki, qətnamələr yerinə yetirilsin?!, xeyr! Yəni, bütün bunlar hamısı onu göstərir ki, o, ikili standartın nəticəsidir". 

Biz öz dövlətimizin ərazi bütövlüyünü təmin etməklə məşğuluq

"ATƏT-in Minsk Qrupu 1992-ci ildə yaranıbdır, bu günə qədər getdilər-gəldilər, getdilər-gəldilər, amma nə fayda?! 28 ildir danışıqlarda vasitəçi kimi fəaliyyət göstərirlər, yenə də heç bir nəticəsi yoxdur. Son olaraq üç təkliflər paketi ilə çıxış etdilər, amma orada da yenə də ədalətsiz prinsiplər öz əksini tapmışdı. Çünki nə mərhələli həldə, nə paket həldə heç bir şərt Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə təmin olunmasını təsbit etmir, ondan sonrakı proseslər də həmçinin. Beynəlxalq təşkilatlar yalnız diplomatik nəzakət xatirinə bəyan edirlər ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Amma bu gün Ermənistan beynəlxalq hüququn bütün parametrlərinə görə, Azərbaycanın ərazi bütövlüyünə təhlükə və təhdiddir, amma Ermənistana buna görə gözün üstə qaşın var deyən yoxdur. Bugün Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin etməklə məşğuldur. Azərbaycan kiminsə ərazisini nə işğal etmir, nə müdaxilə etmir, heç kimin də ərazisində gözümüz yoxdur. Biz öz dövlətimizin ərazi bütövlüyünü təmin etməklə məşğuluq.

Ermənistan növbəti təxribatları törətmək üçün humanitar atəşkəsə can atırdı

Ermənistan birmənalı şəkildə humanitar atəşkəsdə maraqlı deyil. Ermənistan sadəcə olaraq atəşkəsdən sui-istifadə edib yenidən silahlanmaq, yenidən səfərbər olmaq, yenidən öz qüvvələrini toparlayıb Azərbaycana qarşı bizim ərazi bütövlüyümüzə təhdidlərini davam etdirmək məqsədi güdür. Humanitar atəşkəs istəyi Ermənistanın növbəti təxribatları üçün qazanmaq istədikləri müddətdən başqa bir şey deyil". 

Təhməz Əsədov Son.az