Türkiyə Azərbaycan torpaqlarında ermənilərin törətdikləri cinayətlərə göz yuma bilməz Ərdoğan


Siyasət 15 Okt 2020 17:18:00 146 0

Türkiyə Azərbaycan torpaqlarında ermənilərin törətdikləri cinayətlərə göz yuma bilməz  Ərdoğan

Türkiyə dost ölkələrdə, o cümlədən Liviya, Somali, Suriyadakı zorakılıqları diqqətdən kənarda qoya bilməz, Azərbaycan torpaqlarında ermənilərin törətdikləri cinayətlərə göz yuma bilməz.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O əlavə edib ki, azərbaycanlılar Türkiyənin qardaşıdır:

"Biz bu cinayətləri diqqətdən kənarda qoya bilmərik. Heç bir iş görmədən otura bilmərik. Bizim əcdadlarımızın andı üzərində qurulan tarixi məsuliyyətimiz var".