"Çoxlu itkimiz var, hər şey pisdir"


Siyasət 15 Okt 2020 13:17:52 153 0

"Çoxlu itkimiz var, hər şey pisdir"

İşğal olunmuş Dağlıq Qarabağda davam edən döyüşlərdə iştirak edən erməni əsgəri Ermənistan ordusunun acınacaqlı vəziyyətindən danışıb.

Son.az Day.Az-a istinadən bildirir ki, kadrları cəbhədən reportaj hazırlayan erməni KİV-ləri yayıb.

Müsahibədə Aram adlı əsgər Ermənistan silahlı qüvvələrinin böyük itkilərindən bəhs edib.

"Nə deyə bilərəm? Məncə, bu, belə sadə bitməyəcək. Bu döyüşlər apreldəkilərindən daha şiddətlidir. Daha çox davam edir... itkilər... nə qədər insan", - Aram deyib.

Bu kadrlar bir daha təsdiq edir ki, erməni ordusunun döyüş ruhu azalıb və onunu üçün hər şey pis nəticələnəcək. Əsgərlər artıq qələbəyə inanmırlar.

Aslan Son.az