Bakıda 25, rayonlarda 27 dərəcə isti olacaq


Digərləri 15 Okt 2020 13:07:43 173 0

Bakıda 25, rayonlarda 27 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə üzrə oktyabrın 16-da gözlənilən hava şəraitini açıqlayıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, oktyabrın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 22-26, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

Oktyabrın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.