Koronavirus testini itlər edəcək


Digərləri 30 Sen 2020 22:15:00 284 0

Koronavirus testini itlər edəcək

Helsinki hava limanında sərnişinlərdə koronavirusu xüsusi itlərin köməyi ilə təyin etməyə başlayıblar.

Son.az medicina.az-a istinadən bildirir ki, itlər qoxu ilə virusun olub-olmamasını tapır.

Pilot layihədə 16 it iştirak edir. Sərnişinlər salfetlə boyunlarını silir, sonra bu salfet itin burnuna yaxınlaşdırılır.

İt infeksiya şübhəsi hiss edən kimi hürür və ya bunu hərəkətləri ilə büruzə verdirir, sonra həmin sərnişini tibbi kabinetə dəvət edib, laborator testdən keçririlər.

Hələ ki, bu metod könüllüdür. Finlandiya hökuməti layihə uğurlu olacağı təqdirdə laborator testlər yox, itlərə güvənməyə üstünlük verəcək.