İnternet istifadəsinə məhdudiyyət qoyulmalıdır SƏBƏB


Digərləri 30 Sen 2020 22:35:00 249 1

İnternet istifadəsinə məhdudiyyət qoyulmalıdır  SƏBƏB

Psixoloqlar bildirirlər ki, pandemiya müddətində uşaqların internetdən istifadəsinə nəzarət edilməlidir.

Son.az medicina.az-a istinadən bildirir ki, mütəxəssislərə görə, uşaqlar ekran başında müəyyən edilmiş zamanla vaxt keçirməlidirlər. Gün ərzində texnologiyaya ayırdığı vaxtı uşaqlarla, yaşıdları ilə birlikdə keçirməlidir. Məsələn, 6 yaşındakı uşaq ekran başında 60 dəqiqə vaxt keçirə bilər. Texnologiyanın öyrətmə funksiyası olmaqla yanaşı, aslılıq xüsusiyyəti də var.

Məhdudiyyətsiz internet istifadəsində uşaq internetdən kənar qalan vaxtını önəmsiz, dəyərsiz olaraq hiss edir. İnternetdən uzaq qaldığında əsəbi olur, sosial-iş-ailə münasibətləri pozulur. Uşaqlarda uzun müddət internet istifadəsi diqqət əksikliyinə, məktəb və sosial həyatına adaptə olmağında çətinliklər yaşana, ailə içində problemlərə yol aça bilər.

COVİD-19 müddətində internet aludəçisinə çevrilməmək üçün ailə içində ortaq kompyuter, texnologiya alətlərinin istifadəsi olduqca önəmlidir. Ortaq texnologiya istifadəsi evdəki hər kəs üçün məhdudiyyət tətbiq edir.