Belçika 21 aylıq böhrandan sonra hökuməti formalaşdıraraq dünya rekordu müəyyənləşdirib


Dünya 30 Sen 2020 22:10:00 293 0

Belçika 21 aylıq böhrandan sonra hökuməti formalaşdıraraq dünya rekordu müəyyənləşdirib

Belçika hökuməti 21 aylıq siyasi böhrandan sonra formalaşdırılıb, yeni kabinet oktyabrın 1-də and içəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Kral sarayının rəsmi bəyanatında deyilir.

"Hökumət formalaşdırılıb. Baş nazir və kabinet üzvlərinin andiçmə mərasimi oktyabrın 1-də yerli vaxtla saat 10:00-da baş tutacaq", - deyə sənəddə bildirilir.

Qəzetin məlumatına əsasən, Belçikanın yeni Baş naziri liberal görüşlü Aleksandr de Kroo olacaq. Hakim koalisiyaya yeddi siyasi partiya daxildir.

Beləliklə, Belçika 653 günlük siyasi böhrandan sonra hökuməti formalaşdıraraq dünya rekordunu müəyyən edib. Sonuncu belə rekord yenə də Belçikada 2010-2011-ci illərdə baş verən öncəki böhranın gedişində qeydə alınmışdı - 589 gün.