Rusiyada ikinci koronavirus vaksininin qeydiyyatı başlayıb


Dünya 30 Sen 2020 19:18:00 211 0

Rusiyada ikinci koronavirus vaksininin qeydiyyatı başlayıb

Rusiyanın "Vektor" Elmi Mərkəzi koronavirusa qarşı ikinci vaksinin kliniki sınaqlarını başa çatdırıb.

Son.az Trend-ə istinadən bildirir ki, "EpiVakKorona" adı verilən vaksin SARS-CoV-2 virusunun zülallarının peptid antigenləri əsasında istehsal edilib.

Vaksinin sınaqları preparatın tam təhlükəsizliyini göstərib.

Qeyd olunur ki, Rusiya Səhiyyə Nazirliyi vaksinin qeydiyyatı prosesinə başlayıb. Qeydiyyatın oktyabrın 15-dək başa çatması nəzərdə tutulur.