Sabahdan Bakı, Sumqayıt və Abşeronda bağçalar fəaliyyətə başlayacaq


Digərləri 30 Sen 2020 17:42:00 167 0

Sabahdan Bakı, Sumqayıt və Abşeronda bağçalar fəaliyyətə başlayacaq

1 oktyabr tarixindən Bakı, Sumqayıt və Abşeron rayonunda bağçalar fəaliyyətə başlayacaqlar.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bağçaların fəaliyyəti həftədə 5 dəfə olmaqla təşkil ediləcək: "Burada heç bir distant təhsil formasından söhbət gedə bilməz".