Azərbaycan nefti ucuzlaşıb


Digərləri 30 Sen 2020 18:24:00 190 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 29-da 40,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,54 dollar/barel azdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 39,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,53 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 40,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,33 dollar/barel azdır.