Bu rayonlarda yağış yağacaq,


Digərləri 30 Sen 2020 13:47:58 181 0

Bu rayonlarda yağış yağacaq,

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda oktyabrın 1-də gözlənilən hava şəraitini açıqlayıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Oktyabrın 1-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 21-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq.