Pont yunanları erməni terrorçularını dəstəklədilər


Dünya 30 Sen 2020 13:06:00 238 0

Pont yunanları erməni terrorçularını dəstəklədilər

Yunanıstanın Pont Yunanları İcmaları Federasiyası (Πανελλήνια Ομοσπονδία Ποντιακών Σωματείων) Ermənistana və Dağlıq Qarabağdakı terrorçu xuntaya tam dəstək verib.

Son.az bildirir ki, Federasiya bəyanat yayıb.

Bəyanatda deyilir: "Sərhədlərini misli görünməmiş şücaətlə müdafiə edən qardaş erməni xalqının yanındayıq. Erməni xalqı soyqırım aktları törətmək siyasətindən əl çəkməyən, islah olunmaq istəməyən soyqırım müəllifləri üzərində növbəti qələbəyə nail olacaq. Möhkəm dur, erməni xalqı! İşıq həmişə zülmətə qalib gəlir".