Ermənistanda koronavirusa yoluxanların sayı artır:


Dünya 30 Sen 2020 12:24:00 195 0

Ermənistanda koronavirusa yoluxanların sayı artır:

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 458 yoluxma halı qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 50 359 nəfərə çatıb.

Son sutkada Ermənistanda koronavirusdan 1 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 959 nəfərə çatıb.