Ukrayna Azərbaycanı dəstəklədi


Siyasət 30 Sen 2020 12:25:00 218 0

Ukrayna Azərbaycanı dəstəklədi

Ukrayna Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba brifinq zamanı deyib.

O bildirib ki, müharibə faciə və dağıntı deməkdir:

"Hazırkı vəziyyət göstərir ki, dondurulmuş münaqişələr heç də dondurulmuş deyil və istənilən an partlaya bilər".

Nazirin sözlərinə görə, vacib məqam ölkələrin ərazi bütövlüklərini dəstəkləməkdir:

"Azərbaycanın bizim ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik və dəstəkləyirik. Bizim mövqeyimiz dəyişməz qalacaq".