Daha 7 şagirddə koronavirus aşkarlanıb
Digərləri 30 Sen 2020 12:58:49 194 0
Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
Nazirlikdən Son.az-a bildirilib ki, sentyabrın 29-da 11 şagirdin, 2 işçi heyətin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 7 şagird və 1 işçidə koronavirus aşkarlanıb.
Ümumilikdə indiyədək distant təhsilə keçirilmiş məktəblərin sayı 1, siniflərin sayı 19 olub.
Mənbə: milli.az