Müdafiə Nazirliyi: "Alayın komanda məntəqəsinə atəş zərbəsi endirilib, çoxlu sayda ölən və yaralanan var"


Siyasət 30 Sen 2020 12:45:00 217 0

Müdafiə Nazirliyi: "Alayın komanda məntəqəsinə atəş zərbəsi endirilib, çoxlu sayda ölən və yaralanan var"

Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, qoşunların idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var.

Alayın komandanlığı yaralıların təxliyəsi üçün kömək istəyir.