Yaponiyanın yeni Baş naziri oktyabr ayında ilk xarici səfərini edəcək


Dünya 30 Sen 2020 09:10:00 195 0

Yaponiyanın yeni Baş naziri oktyabr ayında ilk xarici səfərini edəcək

Yaponiyanın yeni Baş naziri Yosixida Suqa oktyabrın ortalarında ilk xarici səfərini edəcək.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Yaponiya hökuməti hazırda Baş nazirin Vyetnam və İndoneziyaya səfərlərini təşkil edir.

Məlumata görə, istiqamət seçərkən Yaponiya tərəfi bu və ya digər ölkədəki epidemioloji vəziyyəti rəhbər tutub. Vyetnam Yaponiya ilə pandemiya səbəbindən kəsilən hava əlaqəsini bərpa edən ilk ölkə olub.

Suqa Vyetnamın Baş naziri Nquen Suan Fuk və İndoneziya Prezidenti Coko Vidodo ilə danışıqlar aparmaq niyyətindədir. Görüşlərin əsas mövzusunun Yaponiya ilə ASEAN (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası) arasında əməkdaşlığın gücləndirilməsinin olması gözlənilir.