"Instagram"ın işində qüsurlar yaranıb


Digərləri 30 Sen 2020 08:26:00 176 0

"Instagram"ın işində qüsurlar yaranıb

"Instagram" sosial şəbəkəsinin işində qüsurlar yaranıb.

Son.az Trend-ə istinadən bildirir ki, ABŞ, Avropanın bir çox ölkələri, həmçinin Böyük Britaniya, Niderland, Almaniya, Polşa, İtaliya və Braziliyadan olan istifadəçilər sosial şəbəkənin işi ilə bağlı şikayətlər ediblər.

Qeyd olunur ki, istifadəçilərin təxminən 58 faizi xəbər xəttinə baxışda problemlərlə üzləşib, daha 25 faizi isə öz hesabına daxil ola bilmir.