Moskvada koronavirusdan ölənlərin sayı 5 230 nəfərə çatıb


Dünya 30 Sen 2020 08:19:00 172 0

Moskvada koronavirusdan ölənlərin sayı 5 230 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 27 nəfər ölüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 27 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 5 230 nəfərə çatıb.