Ananın ÖLMÜŞ övladına etdiyi DƏHŞƏT SAÇDI VİDEO


Dünya 30 Sen 2020 06:30:00 170 0

Ananın ÖLMÜŞ övladına etdiyi DƏHŞƏT SAÇDI  VİDEO

Ana şübhələrdən yayınmaq üçün əvvəlcə ölən körpəsini gəzdirib, sonra isə uşaq arabası ilə birlikdə məzarlıqda dəfn edib.

Dəhşətli hadisə Rusiyanın Serpuxov şəhərində yaşanıb.

Son.az oxu.az-a istinadən bildirir ki, REN TV hadisə günü ilə bağlı kadrları yayımlayıb. Videodan görünür ki, binadan əvvəlcə uşaq arabası ilə qadın, ardınca isə nənə çıxır. Onlar özlərini elə göstərirlər ki, guya təmiz hava almaq üçün çıxıblar.

Bir müddət sonra qadın oğlunu uşaq arabası ilə bir yerdə basdırır.

Müstəntiqlər artıq uşağı qəbirdən çıxarıblar. Onun bədənində heç bir görünən zədə aşkarlanmayıb. Uşağın ölüm səbəbinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin olunub.

Qadının sözlərinə görə, uşaq bədbəxt hadisə nəticəsində ölüb. Belə ki, körpə nənəsi ilə birlikdə çarpayıda yatıb, səhər isə uşağın nəfəs almadığını görüb.