Yer kürəsinə bənzər planet kəşf edilib


Digərləri 29 Sen 2020 23:45:00 212 0

Yer kürəsinə bənzər planet kəşf edilib

Astronomlar böyüklüyünə görə Yer kürəsinə bənzər və ulduzunun ətrafında 3,14 günə dövr edən ekzoplanet kəşf edib.

Son.az ted.az-a istinadən bildirir ki, K2-315b adı verilən planet, ilk olaraq 2017-ci ildə K2 missiyası zamanı NASA-nın Kepler orbital teleskopu tərəfindən görüntülənib.

Alimlər Çilidəki Paranal rəsədxanasının SPECULOOS sistemindən istifadə edərək dörd teleskopunu birləşdirib onun parametrlərini təyin etməyə çalışır.

SPECULOOS sistemi ultra soyuq ulduzlar - qəhvəyi cırtdanlar ətrafında potensial yaşayış planetlərini axtarmaq üçün yaradılıb. Ulduzdan nisbətən kiçik məsafədə dövr edən bu cür planetlərdə bəzi hallarda həyat mövcudluğu ola bilər.