BMW 1 Series modelinin gənclərə ünvanlanış verisyasını hazırlayır FOTO


Digərləri 29 Sen 2020 23:30:00 188 0

BMW 1 Series modelinin gənclərə ünvanlanış verisyasını hazırlayır  FOTO

BMW şirkəti 1 Series hetçbekinin yeni versiyasını buraxacağını elan edib. Yeni verisya gənc auditoriyaya ünvanlanıb və "tipik BMW idarəetmə həzzinə" olan tələbatı ödəmək üçün hazırlanıb. BMW 128ti modelinin kapotunun altında 265 at qüvvəsinə sahib olan 2.0-litrli dördsilindli turbomühərrik yerləşir. Ötürmə - ön oxadır.

Son.az autograph.az-a istinadən bildirir ki, Ti və tii (Touring International and Touring International Enjection) qısaltmalarından 1960 - 1970-ci illərdə 02  adlandırılan seriyadan olan avtomobillərin idman modifikasiyalarının işarələnməsi üçün istifadə olunurdu. Sonradan "ti" indeksindən E36 kuzovlu 3 Series hetçbekində istifadə edilib.

İndi belə indeksi BMW 1 Series hetçbekinin "aralıq" versiyası daşıyacaqdır. Yeni modifikasiya 1 Series model xəttində üçsilindrli 118i modeli ilə 306 at qüvvəli M135i xDrive hetçebkinin arasında yer alacaqdır.

Hazırda BMW 128ti hetçbeki son sınaqlardan keçir. Avtomobilin idarəetmə keyfiyyətlərini Ayfel dağətəyi dolanbaclı yollarında və əlbəttə ki, məşhur Nürburqrinqdə yoxlanılır. Avtomobilin kapotunun altında 265 at qüvvəsi hasil edən 2.0-litrlik turbomühərrik yerləşir. Mühərrik səkkiz pilləli Steptronic Sport "avtomatı" və yüksək sürtünməli mexaniki Torsen differensialı ilə birlikdə çalışır.

Öndən çəkişli 128ti modeli 100 km/saat həddinə sürətlənməsinə 6.1 saniyə gərəkdir. Müqayisə üçün, bi işə 118i modelinə - 8.5 saniyə, M135i xDrive modelinə isə 4.8 saniyə (M Performance paketi ilə 4.7) tələb olunur, lakin sonuncu modifikasiya 80 kiloqram ağırdır.