Boeing 737 MAX bu ilin sonunadək uçuşlarını bərpa edə bilər


Digərləri 29 Sen 2020 22:15:00 158 0

Boeing 737 MAX bu ilin sonunadək uçuşlarını bərpa edə bilər

Boeing 737 MAX bu ilin sonunadək Avropada uçuş icazəsi ala bilər.

Son.az ted.az-a istinadən bildirir ki, bunu Avropanın Aviasiya Təhlükəsizliyi Agentliyinin icraçı direktoru Patrik Kay deyib.

O bildirib ki, Avropa bu təyyarələrin uçuş qadağasını yalnız ABŞ-ın Federal Aviasiya İdarəsinin müvafiq qərarından sonra götürə bilər.

ABŞ tərəfinin Boeing 737 MAX-la bağlı qərarının noyabr ayında verilməsi gözlənilir.