Teslaya kiberhücumda günahlandırılan hakerin məhkəməsi keçirildi


Digərləri 29 Sen 2020 22:10:00 150 0

Teslaya kiberhücumda günahlandırılan hakerin məhkəməsi keçirildi

Tesla-ya kiberhücumda günahlandırılan rusiyalı hakerin məhkəməsi keçirilib.

Məhkəmədə Rusiya vətəndaşı Yegor Kryuçkov Elon Musk-ın Tesla şirkətinə qarşı edilən kiberhücum iddiasını qəbul etməyib.

Son.az ted.az-a istinadən bildirir ki, məhkəmə iclası dekabrın 1-nə təyin edilib. O vaxta qədər isə Rusiya vətəndaşı həbsdə qalacaq.

ABŞ kəşfiyyat agentləri iddia edir ki, Kryuçkov Tesla-nın işçilərindən birinə daxili kompüter şəbəkəsinə zərərli proqram daxil etməkdə kömək göstərmək üçün rüşvət vermək istəyib.