İkinci Toyota avtomobili Suzuki model xəttinə qatılıb FOTO


Digərləri 29 Sen 2020 21:30:00 190 0

İkinci Toyota avtomobili Suzuki model xəttinə qatılıb  FOTO

Toyota Corolla Touring Sports universalı Suzuki Swace modelinə çevrilib. Modelin Avropadakı satışlarına gələn qışında başlanacaqdır. Suzuki universalı orijinal modeldən eksteryer dizaynı və standart avadanlıq dəsti ilə fərqlənəcəkdir.

Son.az autograph.az-a istinadən bildirir ki, Swace universalı Suzuki model xəttində olan üzü dəyişdirilmiş ikinci Toyota modelidir: birinci model, bu yaxınlarda Across krossoverinə çevrilmiş RAV4 krossoveri olub. Suzuki universalı Toyota modelindən ön hissənin dizaynı ilə fərqlənir: fənərlər arasındakı hissə, mərkəzi hava girişi və duman işıqlarının haşiyələri başqa formada tərtib ediliblər. Qalan hissədə isə, bu 1,8-litrlik atmosfer mühərrikinə əsaslanan hibrid güc qurğusu və variantorla ilə təchiz edilən Corolla universalıdır.

Suzuki Swace universalının təchizatına səkkiz düymlük ekranı və Bluetooth birləşməsi olan mediasistem, smartfornların simsiz doldurulması, iki USB portu, qızdırılan sükan və ön oturacaqlar, həmçinin sərnişinin mövcudluğunu müəyyən edən sensoru olan S-Flow iqlimə nəzarət sistemi daxildir. Bundan əlavə, model parklanma köməkçisini, kor zonalara nəzarət və yol xətlərinin izlənməsi funksiyalarını, radar kruiz-kontrolunu və yol nişanlarının tanınması sistemini özündə cəmləşdirən elektron köməkçilər kompleksini əldə edib.

Avropada Suzuki Swace universalını Avropada yeddi kuzov rəngində sifariş etmək mümkün olacaqdır. Universalın satışlarına qış aylarında başlanmalıdır. Avtomobilin qiyməti satışlara yaxın zamanda açıqlanacaqdır.