Tvitterdə yenilik – Səsli mesajları göndərməzdən öncə dinləmək olacaq


Digərləri 29 Sen 2020 21:45:00 174 0

Tvitterdə yenilik – Səsli mesajları göndərməzdən öncə dinləmək olacaq

Tvitter iyun ayında səsli mesaj funksiyasını istifadəyə versə də, artıq səsi qeyd edib saxlamaq, sonra göndərmək funksiyası üzərində işləyir.

Son.az ted.az-a istinadən bildirir ki, yeni funksiya artıq test mərhələsindədir. Yenilik bir müddət sonra ilk dəfə Braziliya istifadəçilərinin ixtiyarına veriləcək.

Səsli mesajlara 20 saniyəlik limit qoyulacaq. Göndərən tərəf səsi yoxlamaq üçün yollamazdan öncə onu dinləyə biləcək. Yeniliyin nə vaxtsa bütün istifadəçilərin ixtiyarına veriləcəyi barədə isə rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Tvitter rəsmiləri hələ avqust ayından funksiya üzərində işlər aparıldığını söyləyirlər.