Google təhsilalanlara BELƏ dəstək oldu


Digərləri 29 Sen 2020 21:40:00 175 0

Google təhsilalanlara BELƏ dəstək oldu

Google sənədlərə yeni isinad göstərmə funksiyası gətirib. Bu funksiya dərslərin başlanması ilə yenidən gündəmə gəlib. Çünki distant tədrislə əlaqədar əksər müəllimlər yazı əsaslı tapşırıq tələb edirlər.

Son.az ted.az-a istinadən bildirir ki, yeni sistem MLA, APA, yaxud Chiago kimi üsullar vasitəsilə mətnə biblioqrafiya və ya mətniçi yazılar artırılmasını təmin edir. Sistem kitab, bölmə, sayt, jurnal, elmi məqalə və qəzetlər üzrə axtarış edərək çalışır.

Yaxın 15 gün ərzində bütün istifadəçilər üçün aktivləşdiriləcək yenilik nəticəsində istənilən mətnin sonuna rahatlıqla istinad artırmaq mümkün olacaq.